Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:32
Rubrikalar

2010-cu ildə Azərbaycan Dünya Ticarət Təşkilatına üzv ola bilər


Səs: Real audio
Ömər Eldarov: «Onun abidəsinin nə vaxtsa, haradasa qoyulacağına artıq inamım qalmayıb» 2010-cu ilin sonunda Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü mümkün ola bilər. Bu proqnozu «The economist intelligence unit» məcmuəsi verib. Məqalədə deyilir ki, Azərbaycana çoxtərəfli təzyiqlər və Dünya Ticarət Təşkilatına üzvlüyün zəruriliyi bu il və gələn il xarici ticarət və ticarətin liberallaşdırılmasını gündəmdə saxlayacaq. Məcmuəyə görə, Azərbaycanda 2006-2007-ci illərdə xarici texnologiyaların ixracı yenə də neft sektorunda işləyən xarici investorların və buna yaxın xidmət sektorlarının xeyrinə olacaq. «The economist intelligence unit» yazır ki, 2008-2010-cu illərdə Azərbaycanda karbodidrogen ehtiyatlarının öyrənilməsi başa çatacaq, 2006-cı ildə bu sahədə nailiyyətlər əldə ediləcək. 2010-cu ildə də qeyri-neft sektoruna meyl edən xarici investorların sayında neft sektoru ilə müqayisədə ciddi artım olmayacaq.



Məcmuədə deyilir ki, 2010-cu ildə əmək bazarında peşəkarların neft sektorunda cəmləşməsi sənayenin inkişafını ləngidə bilər. «The economist intelligence unit» yazır ki, əmək standartlarında inkişaf müşahidə ediləcək, amma bu, stabil olmayacaq.



Bu il və gələn il hökumət xaricdəki neft gəlirlərini nəqliyyat şəbəkəsinin və rabitənin inkişafına yönəldəcək, amma infrastruktur yenə də daha çox Bakı və Abşeron kimi neft istehsal edən ərazilərdə yaxşılaşdırılacaq.



«The economist intelligence unit» məcmuəsi yazır ki, 2010-cu ildə vergi qanunvericiliyində və idarəetməsində irəliləyişlər əldə olunacaq. Bu isə, «kölgə iqtisadiyyatı»nın aradan qaldırılmasına xidmət edəcək.



Vergilər Nazirliyində isə, deyirlər ki, artıq vergi qanunvericiliyinin təkmilləşdirilməsinə başlayıblar. Bundan sonra, vergi ödəyiciləri bəyannamə və hesabatlarını vergi orqanlarına yeni formada təqdim etməlidirlər. Bu formaları ödəyicilər uçotda olduqları vergi orqanından ala bilərlər. Həm hesabat, həm də bəyənnamə formaları pulsuzdur. Dəyişən ancaq bəyənnamələrin formasıdır. Nazirlikdən deyiblər ki, vergilərin məbləği olduğu kimi qalacaq.
XS
SM
MD
LG