Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:40

NK büdcə layihəsi və inkişaf konsepsiyası barədə sərəncam verib


Səs: Real audio
Ömər Eldarov: «Onun abidəsinin nə vaxtsa, haradasa qoyulacağına artıq inamım qalmayıb» Nazirlər Kabineti (NK) yanvarın 31-də «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə» prezidentin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli fərmanının icrası ilə əlaqədar 2007-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin prezidentə vaxtında təqdim edilməsi məqsədi ilə sərəncam qəbul edib.



Sənəddə deyilir ki, İqtisadi İnkişaf və Maliyyə nazirlikləri növbəti büdcə ili və gələn üç il üçün dövlət büdcəsinin layihəsini, iqtisadi və sosial inkişaf konsepsiyasını, toplu maliyyə balansını və digər sənədləri hazırlayıb prezidentə təqdim etmək üçün 2006-cı il sentyabrın 15-dək Nazirlər Kabinetinə təqdim etsinlər.



Sərəncama əsasən, Dövlət Statistika Komitəsi cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək üçün 2005-ci ilin ilkin statistik məlumatlarını 2006-cı il fevralın 5-dək İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə təqdim etməlidir.



Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanları isə, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədi ilə müvafiq məlumatları 2006-cı il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.



Sərəncam imzalandığı gündən qüvvəyə minir.
XS
SM
MD
LG