Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:22

Məmməd Əmin Rəsulzadənin doğum günü anılıb


Səs: Real audio
Ömər Eldarov: «Onun abidəsinin nə vaxtsa, haradasa qoyulacağına artıq inamım qalmayıb» Yanvarın 31-də Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadənin anadan olmasının 122 ili tamam olur. Bu gün bir neçə müxalifət partiyası, Müsavat və AXCP ayrı-ayrılıqda M.Ə.Rəsulzadənin doğulduğu Bakının Novxanı kəndinə baş çəkib, onun büstünü ziyarət edib, əklil qoyublar. Daha sonra Məmməd Əminin Novxanı qəbristanlığında dəfn olunmuş atası və qardaşının məzarları ziyarət olunub.



Amma dövlət səviyyəsində Məmməd Əmin Rəsulzadənin adı anılmayıb. Keçmiş SSRİ tərkibindən çıxandan və Azərbaycan ikinci dəfə müstəqilliyini elan edəndən sonra Məmməd Əminin şəhərin mərkəzi küçələrindən birində adibəsinin qoyulması ilə bağlı rəsmi qərar verilib. Abidənin hazırlanması heykəltaraş Ömər Eldarova tapşırılıb. «Artıq bu haqda danışmaqdan yorulmuşam» deyən heykəltaraş «Abidənin qoyulması üçün hazırlanan layihə sifariş verilən ildən, yəni 80-ci illərin sonlarından mənim emalatxanamdadır. Onun nə vaxtsa, haradasa qoyulacağına da artıq inamım qalmayıb. Bir sözlə, bu barədə artıq danışmaq istəmirəm» deməklə kifayətlənir.



Hakim Yeni Azərbaycan Partiyasından millət vəkili Aydın Mirzəzadə isə, deyir ki, tarixi şəxsiyyətlərin fəaliyyətinə siyasi qiymət onlara qoyulan abidələrin sayına görə verilmir. Onun fikrincə, həm Məmməd Əmin, həm Əbülfəz Elçibəy, həm də Heydər Əliyev Azərbaycanın siyasi həyatında mühim yer tutan şəxsiyyətlərdirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG