Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:25

<i>«Ayna»</i>: «Rusdilli generalitet» ordudan gedir?»


Səs: Real audio
Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri yaradılıb «Azadlıq» qəzetindəki «Ramìz Mehdìyev oğlunu nazìr qoyur» başlıqlı məqalədə müəllif adını açıqlamadığı mənbəyə istinadən bildirir ki, yaxin vaxtlarda Ìlham Əlìyevìn sərəncami ìlə Prezìdentìn Ìcra Aparatının rəhbərì Ramìz Mehdìyevìn oğlu Tìmur Mehdìyev nazìr təyìn edìləcək. Müəllif Azərbaycan Televìzìya və Radìo Verìlìşlərì Qapali Səhmdar Cəmìyyətìnìn sədrì Nizami Xudiyevin də tezliklə vəzifəsindən azad olunacağını iddia edir. Cənab Xudìyevìn yerìnə kìmìn təyìn edìləcəyì barədə ìsə, hələlìk dəqìq məlumatın olmadığı bìldìrìlìr.



«Ayna» qəzetindəki «Rusdilli generalitet» ordudan gedir?» sərlövhəli məqalədə deyilir ki, rəsmi Bakı NATO-nun tələbi ilə Müdafiə Nazirliyinin «arzuolunmaz» zabitlərinin vəzifədən uzaqlaşdırılmasına qərar verib. Müəllif adını açıqlamadığı mənbəyə istinadən yazır ki, Səfər Əbiyev yeni yaradılmış Müdafiə Sənayesi Nazirliyinə rəhbər təyin ediləcək. Digərləri də sözügedən nazirlikdə müəyyən vəzifələrlə təmin olunacaqlar.

Məqalədə bildirilir ki, hazırda NATO-da Azərbaycanın Müdafiə Nazirliyində və ümumiyyətlə, orduda aparılan islahatlarla bağlı birmənalı fikir yoxdur. NATO təmsilçiləri rəsmi Bakının ünvanına ciddi və tənqidi fikirlər səsləndirməkdə davam edirlər. NATO dairələrinin fikrincə, bu gün Azərbaycanın müdafiə sahəsində həyata keçirilən islahatlarda ləngiməni yalnız «rusdilli generalitet»i Qərbyönümlü kadrlarla əvəz etməklə aradan qaldırmaq olar.



«Yeni Azərbaycan» qəzetindəki «AXCP-də Əli Kərimli dövrü başa çatır?» başlıqlı məqalədə partiyanın sədr müşaviri Ramiz Tağıyevə istinadən bildirilir ki, yeni qurultayda Əli Kərimli bu vəzifədən uzaqlaşdırılacaq. Ramiz Tağıyevin sözlərinə görə, AXCP sədri yalnız şəxsi maraqlarını güdür və insanların partiyaya inamını qırır. Sədrin müşaviri deyir ki, Əli Kərimlinin hətta mərhum Əbülfəz Elçibəyə və digər siyasi əqidə yoldaşlarına qarşı apardığı mənəvi terror açılacaq və bu, onun siyasi karyerasının sonu olacaq.
XS
SM
MD
LG