Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:32
Rubrikalar

«Sabun operaları»


Səs: Real audio
MM-in vitse-spikeri «Bunun üçün 6 noyarda deputat seçilən müxalifət partiyalarının nümayəndələri parlamentin işinə qatılmalıdırlar» - deyir Bu "İz"də:



- «Teleseriallar və mədəniyyət» mövzusunun izinə düşəcək;



- Üzeyir Hacıbəyovun ev muzeyinə gətirilən yeni sənədlərlə tanış olacaq;



- Teleserialla bağlı «sabun operası» deyiminin tarixçəsini öyrənəcək;



- «Mentalitet dolması»na qonaq olacaq;



- və hər dəfə teleserialların dublyajı sahəsində ixtisaslaşmış rejissor Əsgər Əsgərovun açıqlamalarını eşidəcəksiniz



«TELESERİALLAR VƏ MƏDƏNİYYƏT»



Televiziyadakı «sabun operaları» kommersiya radiolarından və 30-cu illərin «duyğulu kinolar»ından götürülmüş melodramlardır.



«Sabun operaları» barədə 6 cildlik araşdırmanın müəllifi Con Terber 40-cı illərin gündüzlər səsləndirilən radioserialları barədə belə yazırdı: «Sabun operası» bir növ buterbroddur... Qalın reklam laylarına dialoq qatın, hər laya eyni dərəcədə çətin vəziyyətlər, hiylə və qadın ehtirasları artırın, hər şeyi göz yaşlarına bulaşdırın, bir az orqan musiqisi əlavə edin, lap üstünə isə diktor mətnindən ibarət bərkimiş jele yaxaraq həftədə 5 dəfə yeməyə verin...»



«Sabun operası»nın vokal sənətinə və musiqiyə heç bir dəxli olmasa da, sabunla bağlılığı danılmazdır: teleserialların taleyi yuyucu toz reklamından asılı olub və beləcə, ucuz, həm də ucdantutma çəkilişlər baş tutub.



Ötən əsrin 50-ci illərindən teleproqramlarda yer tutmağa başlayan «sabun operaları», yəni teleseriallar bu günlər təkcə ABŞ televiziyalarının deyil, bütün dünya telekanallarının ən çox tənqid edilən və eyni zamanda ən çox baxılan verilişləridir.



Mövzuya serialların tərcüməsi sahəsində ixtisaslaşan rejissor Əsgər Əsgərov bələdçilik edir



Aparıcı: Əsgər bəy, teleseriallar az, ya çox dərəcədə seyrçilərin mənəvi-mədəni və əyləncə maraqlarını ödəyir. Yaradıcı heyət və bütövlükdə mədəniyyət bundan nə udur? Və uduzursa, nə uduzur?



- Mənə belə gəlir ki, teleseriallara baxmaqdansa, bir kitab oxumaq yüz dəfə ondan yaxşıdır. Çünki bəzən görürsən ki, hamımızın başına gələn hadisələri teleserial etmək olar. Qeybət kimi bir şeydir... Amma son nəticədə həyatdır, biz yaşayırıq. Hamımız ölümə məhkum insanlarıq... Dünyanı bir otaqla, balaca bir evlə, bir ailənin faciəsi ilə ölçmək lazım deyil. Dünya genişdir, dünya böyükdür, onu dərk etmək lazımdır. Öyrənmək lazımdır, vaxtımız da azdır... Bilirsiniz, ölənə yaxın Markesin oxucularına müraciəti vardı, sonuncu müraciəti. O deyirdi ki, "əgər Allah Tala mənə bir də ömür versəydi, mən onu başqa cür yaşayardım. Mən günəşin ilk şüaları ilə yuxudan durardım, 11-12-ə kimi yatıb serial gözləməzdim". Bilirsiniz, həyat ayrı cürədir, bunu yəqin ki, insanlar yaşayandan sonra dərk edirlər. Mənə elə gəlir ki, vaxtı belə şeylərə sərf etməyə dəyməz... Seriallara vaxt itirməkdənsə, yaxşı olardı ki, Çexovun bir hekayəsini, Cəlil Məmmədquluzadədən bir şey oxuyasan...



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG