Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:17

Bahar Muradova: «Seçki Məcəlləsi və MSK-nın tərkibinə yenidən baxıla bilər»


Səs: Real audio
MM-in vitse-spikeri «Bunun üçün 6 noyarda deputat seçilən müxalifət partiyalarının nümayəndələri parlamentin işinə qatılmalıdırlar» - deyir Mayın 13-də nəticələri ləğv edilmiş on dairə üzrə Milli Məclisə (MM) keçiriləcək təkrar seçkinin daha demokratik olması üçün həm Seçki Məcəlləsi, həm də Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinə yenidən baxıla bilər. Parlamentin vitse-spikeri Bahar Muradova belə deyir. Onun sözlərinə görə, bunun üçün 6 noyarda deputat seçilən müxalifət partiyalarının nümayəndələri MM-in işinə qatılmalıdırlar.



Xanım Muradova onu da bildirir ki, parlamenti boykot edən müxalifət deputatlarının yerinə MM-ə əlavə seçkinin təyin olunmasıyla bağlı qərar verməkdə tələsməyəcək, prosedur qaydalarına uyğun olaraq, 30 iclas müddətinin bitməsini gözləyəcəklər.



MSK-dan verilən məlumata görə isə, artıq 70-ə yaxın şəxs namizəd kimi qeydiyyata alınıb. Martın 3-nə kimi namizədlərin irəli sürülməsi, təsdiqlənməsi və digər prosedurlar başa çatmalıdır.



Xalq Cəbhəsi, Demokrat və Müsavat partiyalarının birləşdiyi «Azadlıq» bloku və Milli Birlik Hərəkatı seçkinin saxtalaşdırıldığı iddiasıyla yeni seçilmiş MM-i legitim saymır, parlamentin iclaslarına qatılmırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG