Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:37

İran Azərbaycan vasitəsilə Gürcüstana qaz nəqlinə başlayıb<p align=`left`><br><br>


Səs: Real audio
Azərbaycana ödəniləcək tranzit məbləğlə bağlı detallar açıqlanmır Yanvarın 30-da gecə saat 4-dən başlayaraq İran qazının Azərbaycan vasitəsilə Gürcüstana nəqlinə başlanıb. İran qazının yanvarın 30–u axşam saatlarında Gürcüstan sərhəddinə çatacağı deyilir. «Azəriqaz» Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətindən Kamandar Eyvazlının «Azadlıq» radiosuna verdiyi məlumata görə, Azərbaycan tərəfi sutkada 2.2 milyon kubmetr qazı tranzit haqqı ödənilməklə Gürcüstana ötürəcək.



Azərbaycan, İran və Gürcüstan arasında imzalanan müqavilənin 15 gün müddətində nəzərdə tutulduğu, amma tərəflərin razılığı əsasında uzadılmasının mümkünlüyü də bildirilir. Müqaviləyə görə, Gürcüstan İran qazının hər min kubmetrinə görə, Rusiya qazından 10 dollar çox, 120 dollar ödəyəcək. Azərbaycana ödəniləcək tranzit məbləğlə bağlı detallar isə, açıqlanmır. Bundan əlavə, Rusiyadan qaz nəqli tam bərpa olunana qədər Azərbaycan da Gürcüstana sutkada 2 milyon kubmetr qaz verilməsini davam etdirəcək.
XS
SM
MD
LG