Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:27

<i>Asim Mollazadə</i>: «İqtidarda Avropa Şurası ilə münasibətlərin pozulmasını istəyən qüvvələr var»


Səs: Real audio
Yanvarın 29-da, günorta saat 13.20 radələrində paytaxt Bakı, Abşeron yarımadası və ölkənin şimal-şərq rayonları elektriksiz qalıb. Təqribən bir saat sonra Bakının mərkəzinə işığın verilməsi bərpa olunub Bakı büromuzun qonağı Demokratik İslahatlar partiyasının sədri və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı [AŞPA] nümayəndə heyətinin sabiq üzvü Asim Mollazadədir. Ona sualları isə həmişəki kimi biz verəcəyik – «Gün» qəzetinin şərhçisi Elxan Şahinoğlu, «Yeni Azərbaycan» qəzetinin əməkdaşı Aqşin Şahinoğlu və mən, Şahnaz Bəylərqızı



- Yəqin razılaşarsınız ki, bu həftə Bakıda iki məsələ daha çox müzakirə olundu – Bakıya yağan qar, onun yaratdığı problemlər və Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında rastlaşdığı çətinliklər. Azərbaycan üzrə həmməruzəçi Andreas Qross BBC radiosuna müsahibəsində deyib ki, "Avropa Şurasının qərarı bizi və Azərbvaycan demokratlarını məyus etdi". Sizin bu qərara münasibətiniz necədir?



Asim Mollazadə: - Mənim bu qərara münasibətim müsbətdir. Düşünürəm ki, Azərbaycanla Avropa Şurasının əməkdaşlığı çox zəruri bir amildir. Və Avropa Şurasının sanksiya tətbiq etməsi əslində, demokratiyaya elə də xidmət etmir. Demokratiyaya xidməti mən məhz əməkdaşlıqda və Avropa Şurasının dəyərlərini Azərbaycanda tətbiq etmək üçün konkret işdə görürəm. Məsələn, Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri əlindən alınsaydı, çox güman ki, Azərbaycanla Avropa Şurasının münasibətləri pozulacaqdı... Avropa Şurasının dəyərlərini Azərbaycanda bərqərar etmək üçün işlər dayanacaqdı... Əslində, bunu istəyən Azərbaycan hakimiyyətinin daxilində olan mühafizəkar qüvvələrdir. Onlar Azərbaycanla Avropa Şurasının münasibətlərinin pozulmasını istəyirdilər ki, nəticədə Azərbaycan Rusiya, ya da İrana istiqamətlənsin...



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG