Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:17

Ölkənin yarısı işıqsız qaldı<p align=`left`><br><br>


Səs: Real audio
Yanvarın 29-da, günorta saat 13.20 radələrində paytaxt Bakı, Abşeron yarımadası və ölkənin şimal-şərq rayonları elektriksiz qalıb. Təqribən bir saat sonra Bakının mərkəzinə işığın verilməsi bərpa olunub Mingəçevir Su Elektrik Stansiyasının növbətçi rəisi Muxtar Babaşovdan aldığımız məlumata görə, stansiyanın II Abşeron – 500 kilovatlıq Bakı-Abşeron hava xəttində qısa qapanma baş verib və bunun nəticəsində stansiyada dörd blok sıradan çıxıb. Nəticədə Bakı, Abşeron və ölkənin şimal şərq rayonları işıqsız qalıb. Onun sözlərinə görə, hazırda II Abşeron xətti işə salınıb.



Muxtar Babaşov deyir ki, açılan dörd blokdan ikisi artıq işləyir, günün sonuna qədər digər iki blokun da işə salınması nəzərdə tutulub.



Cənab Babaşovun fikrincə, xətdə qısa qapanmaya soyuq hava şəraiti də səbəb ola bilər.



Elektrik şəbəkəsində qəza ölkənin qərb rayonlarında, o cümlədən Gəncədə hiss olunmayıb. Belə ki, təxminən saat 13:30 radələrində işıqlar bir neçə dəfə yanıb, sönsədə, sonradan fasiləsiz verilib.



Bakıda isə işığın qəfil kəsilməsi üzündən xəstəxanalar, metro stansiyaları və yollarda fövqəladə vəziyyət yaranıb. Svetoforların işləməməsi üzündən tıxaclar əmələ gəlib, xəstəxanaların reanimasiya şöbələrində isə elektrik avadanlıqlarının, süni tənəffüs aparatlarının işi pozulub. Bakı metropolitenində 22 nəfər tunellərdə qalıb. Dərhal sərnişinlərin evakuasiyasına başlanılıb və stansiyalar bağlanıb.



Metropolitenin direktoru Tağı Əhmədov deyir ki, əsas təhlükə stansiyaların su basması isə bağlı olub. Belə ki, bəzi stansiyalarda güclü yeraltı su axınlarını istiqamətləndirmək üçün istifadə olunan nasoslar da elektriklə çalışır.



Amma ehtiyat elektrik mənbəyi hesabına təxminən 1 saat ərzində vəziyyəti stabilləşdirmək mümkün olub.



Bakının işıqla təminatına cavabdeh olan "Bermek"in sözçüsü Tanrıverdi Mustafayev isə qəzanın şirkətə birbaşa aidiyyəti olmadığını bildirib.
XS
SM
MD
LG