Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:50

Müsavat vahid təşkilatda birləşməkdə tərəddüd edir


Səs: Real audio
Vurğun Əyyub məsələ ilə bağlı qərarı yalnız qurultaydan sonra verə biləcəklərini deyir AXCP parlament seçkisinin nəticələrini tanımayan müxalifət qüvvələrinin vahid təşkilatda birləşməsi üçün sənəd hazırlayaraq, Demokrat, Müsavat, Əli Əliyevin sədrlik etdiyi Milli İstiqlal partiyalarına və Milli Birlik Hərəkatına göndərib. Müsavat Partiyasının başqan müavini Vurğun Əyyub məsələ ilə bağlı qərarı yalnız qurultaydan sonra verə biləcəklərini deyir. Onun sözlərinə görə, sənəddə partiyanın müstəqillyinə xələl gətirən bəzi müddəalar olduğundan, belə qərarları ancaq partiyanın qurultayı verə bilər.



Demokrat və Milli İstiqlal Partiyalarında isə, sənədin bəyənildiyi bildirilir. Milli Birlik Hərəkatının sədri Lalə Şövkət Hacıyeva isə, birləşmə ideyasını dəstəklədiyini desə də, yekun qərarın ancaq müzakirələrdən sonra veriləcəyini söyləyib.
XS
SM
MD
LG