Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:41

Fevralın 26-sı saat 17-də ölkədə bir dəqiqəlik sükut olacaq


Səs: Real audio
Artıq beşinci gündür ki, Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyindəki "Günəşli" yatağının 80 nəfərdən çox qazmaçısı ərzaqsız qalıb. Fəhlələrin növbələri başa çatsa da, hava şəraitinin pisləşməsi ucbatından dənizdən çıxa bilmirlər Prezidentin İcra Aparatı rəhbərinin sərəncamı ilə Xocalı hadisələrinin on dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilib.



Planda Xətai rayonunda Xocalı qurbanlarının xatirəsinə ucaldılmış «Vətən harayı» abidəsinin, həmçinin Naftalan şəhərindəki müvafiq abidənin önünə əklil qoyulması, Şəhidlər Xiyabanının ziyarət edilməsi, xarici və ölkə mətbuatının nümayəndələri üçün mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.



Bundan əlavə, şəhər və rayonlarda, müəssisələrdə, ali və orta məktəblərdə xatirə gecələri, sərgilər, şahidlərlə görüşlər keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdiriləcək. Dövlət rəhbərlərinin, Milli Məclisin deputatlarının, ziyalıların iştirakı ilə xocalıların sıx yaşadıqları şəhər və rayonlarda onlara yardım göstəriləcək.



Fevralın 24-də təhsil ocaqlarında ilk dərs Xocalı hadisələrinə həsr olunacaq. Fevralın 26-sı saat 17-də isə, bütün respublika ərazisində qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.



Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində Xocalı hadisələri ilə bağlı mətbuat konfransları, anım mərasimləri keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG