Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:17

Rüşvətsiz iş qurmaq olarmı?


Səs: Real audio
Artıq beşinci gündür ki, Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyindəki "Günəşli" yatağının 80 nəfərdən çox qazmaçısı ərzaqsız qalıb. Fəhlələrin növbələri başa çatsa da, hava şəraitinin pisləşməsi ucbatından dənizdən çıxa bilmirlər Azərbaycanda rəy sorğularında Dağlıq Qarabağ birinci problemdirsə, korrupsiya ikincidir. Məsələn, deyirlər ki, bahalaşma, maaş azlığı məhz korrupsiyadan doğur. Hətta korrupsiyanı Dağlıq Qarabağdan qabağa qoyanlar da var ki, korrupsiya 10 illərlə Azərbaycanı zəiflətməsəydi, beyinlərə yeriməsəydi, Azərbaycan Dağlıq Qarabağı itirməzdi.



Korrupsiya ilə bəzilərinin dediyi kimi, nə qədər mübarizə aparılsa da, və ya çoxlarının dediyi kimi, mübarizə aparılmasa da, istənilən halda gözədəyən nəticə yoxdur.



İzah kimi hökumətin arqumenti həmişə bu olub ki, rüşvətlə bütün cəmiyyət vuruşmalıdır.



İndi cəmiyyətin iqtisadi cəhətdən ən fəal hissəsi – iş adamları bu mübarizəyə qoşulur. Hər halda Amerikanın Beynəlxalq İnkişaf Agentliyi və Avrasiya Fondunun dəstəyi ilə başlanan proqram bunu nəzərdə tutur.



Proqram daha nələri nəzərdə tutur? O biri tərəfdən, bir var proqram, bir var reallıq. Reallıqda biznesmen rüşvət verməyə bilirmi? Şikayət edəndə də, bunun arxasında dura biləcəkmi?



Bu suallara cavab tapmağa bizə qonaqlarımız kömək edəcək:



- Proqramın koordinatoru, Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov;



- Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov



- "Azinşaat" Holdinqin prezidenti Natiq Şirinzadə



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG