Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:06

Neftçilər dənizdən çıxa bilmirlər


Səs: Real audio
Artıq beşinci gündür ki, Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyindəki "Günəşli" yatağının 80 nəfərdən çox qazmaçısı ərzaqsız qalıb. Fəhlələrin növbələri başa çatsa da, hava şəraitinin pisləşməsi ucbatından dənizdən çıxa bilmirlər Bu məlumatı "Azadlıq" radiosuna yanvarın 27-də saat 17 radələrində "Günəşli" yatağında çalışan qazmaçılar veriblər.



Onlar deyirlər ki, ratsiyaları pis işlədiyindən, üzləşdikləri problemlər barədə baş idarəyə məlumat verə bilmirlər.



Bayıl limanı Dəniz Kəşfiyyat-Qazma İdarəsinin rəisi Fərhad Məmmədov qazmaçıların ərzaqsız qalmaları barədə xəbəri təkzib etdi. Ancaq hava şəraitinin kəskinləşməsi ilə bağlı fəhlələr üçün vertolyot göndərilmədiyini təsdiqlədi.



Fərhad Məmmədov hər gün qazmaçılarla əlaqə saxlanıldığını da vurğuladı.
XS
SM
MD
LG