Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:03

Nardaranda etiraz mitinqi keçirildi<p align=`left`><br><br>


Səs: Real audio
Respublika Prokurorluğu Nardaranda baş verən hadisədə kənd sakinlərini günahkar bilir. Nardaran sakinləri isə polisin əməliyyatına etiraz olaraq mitinq keçiriblər Yanvarın 27-də bir qrup Nardaran sakini iki gün əvvəl polisin kənddə keçirdiyi əməliyyata etiraz olaraq mitinq keçirdi. Mitinqə səbəb olan həmin əməliyyat iki polis əməkdaşı və bir nəfər Nardaran sakininin ölümüylə nəticələnmişdi. İki nəfər kənd sakini isə yaralanmışdı, onlar hazırda polis nəzarəti altında xəstəxanadadırlar.



Hadisənin şahidi, yaralanan kənd sakinlərindən birinin atası Hənifə Quliyev həmin gün baş verənlər haqqında bunları danışır:



«Mən ölən Ramizin qonşusuyam. Üç polis həmin gün içkili halda kəndə gəldilər, Ramizlə aralarında əlbəyaxa oldu, Ramizə atəş açdılar, ikinci güllə vurdular. Oğlum qapıdan çıxanda, oğlumu da ayağından vurdular».



Ancaq Hənifə Quliyev hadisənin nəyə görə baş verdiyini bilmir.



Daxili İşlər Nazirliyinin məlumatına görə, polislərə kənd sakinləri hücum edibmişlər, bundan sonra atışma olub. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov polislərin içkili və qanunsuz hərəkətlərlə məşğul olmaları haqqında deyilənləri yalan adlandırır. Onun sözlərinə görə, yanvarın 27-də yeni həbs olunanlar yoxdur, hazırda istintaq gedir.



Mitinqdə çıxış edən Nardaran sakinləri isə bildirdilər ki, yaralılar həbsdən buraxılmayana qədər onlar etiraz aksiyaları keçirəcəklər. Növbəti mitinq fevralın 3-ə təyin olunub.



Yanvarın 24-də Nardaranda baş vermiş hadisəylə bağlı ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə və qanunsuz silah saxlama maddələri ilə cinayət işi açılıb. Respublika Prokurorluğunun yanvarın 27-də yaydığı məlumatında bildirilir ki, baş verənlərdə günahkar Nardaran sakinləri olub. İşi Bakı və Sabunçu rayon prokurorluqlarının əməkdaşları və Sabunçu polisinin müstəntiqlərindən ibarət qrup aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG