Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:05

«Ayna»: «Ermənistan bioterrorla məşğuldur»


Səs: Real audio
Türkiyənin Xarici İşlər naziri «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik "Yeni Azərbaycan" qəzetindəki "Müxalifət məyusluq girdabında çapalayır" başlıqlı məqalədə bildirilir ki, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin mandatını təsdiq etməsi müxalifəti şoka salıb.



Məqalədə Ana Vətən partiyasının sədr müavini, millət vəkili Zahid Orucun da məsələyə münasibəti yer alıb. Onun fikrincə, bu hadisədən sonra müxalifətin fəaliyyəti daha da passivləşəcək. Millət vəkili deyir ki, "Azadlıq" bloku Qross və Herkeldən çox şey gözləsə də, hər iki məruzəçi onların ümidini doğrultmadı. Zahid Orucun sözlərinə görə, seçkilər dövründə həmməruzəçilər açıq-aşkar müxalifətin mövqeyinə uyğun addımlar atırdılar. AŞPA-da da onların fəaliyyəti bu yöndə qiymətləndirilir.



"Yeni Müsavat" qəzetində isə AŞPA-da Azərbaycanın nümayəndə heyətinin mandatının təsdiqlənməsinə fərqli yanaşılır. "Turan" informasiya agentliyinin eksperti Zəfər Quliyevin fikrincə, AŞPA-nın qərarı gözlənilən idi. Son iki ayda siyasi proseslərin gedişi göstərdi ki, heyətin mandatı təsdiq ediləcək və heç bir sanksiya olmayacaq.



Pənah Hüseyn isə hesab edir ki, nümayəndə heyətinin mandatının təsdiq olunması haqda qərar Avropa Şurasının dəyərləri ilə ziddiyyət təşkil edir. Amma Pənah Hüseyn vəziyyətin o qədər də dramatik və məyusedici olmadığını düşünür. Onun fikrincə, qəbul edilən qərara yalnız nümayəndə heyətinin mandatının təsdiqi kontekstində yanaşmaq doğru olmazdı. Bunun özü Azərbaycanda demokratiya məsələsinin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qaldığının göstəricisidir.



"Ayna" qəzetindəki "Ermənistan bioterrorla məşğuldur" başlıqlı məqalədə deyilir ki, daxili bazarda istehlakçıya təqdim olunan məhsulların keyfiyyəti şübhəlidir. Mütəxəssislər hesab edirlər ki, bu gün bir sıra sahibkarlar tanınmış firmaların nişanlarından istifadə etməklə əhaliyə keyfiyyətdə ucuz, qiymətdə isə baha məhsullar satmaqdadır.



Müəllif Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova istinadən yazır ki, təşkilatın keçirdiyi növbəti reyd nəticəsində Binəqədi rayonu ərazisindəki topdansatış məntəqələrinin birində Ermənistan istehsalı olan qəhvə aşkar edilib. Cənab Hüseynov hesab edir ki, Ermənistan istehsalı olan belə məhsulların daxili bazarda peyda olması ölkə əhalisinin sağlamlığı üçün təhlükəlidir. Hazırda dünyada "bioterror" adlanan termin var ki, bununla bütöv bir xalqın genofondunu məhv etmək mümkündür. Birlik sədrinin sözlərinə görə, hazırda müvafiq qurumlar sözügedən məhsulun tərkibini araşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG