Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:40

Bu dəfəki qonağımız Pənah Hüseyndir


Səs: Real audio
Türkiyənin Xarici İşlər naziri «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik Bugünkü qonağımız Azərbaycanda xalq hərəkatının əsas simalarından biri, Elçibəy hakimiyyəti dövründə əvvəl Azərbaycanın dövlət katibi, sonra isə baş naziri vəzifəsində çalışmış və nəhayət, özünü mərhum prezident Əbülfəz Elçibəyin əsgəri adlandıran Pənah Hüseyndir. 2005-ci ilin noyabrında keçirilən parlament seçkilərinin rəsmi qalibi elan olunan Pənah Hüseyn hələ ki, Milli Məclisin iclaslarında iştirak etmək fikrində deyil



- Nədənsə, çox vaxt Sizi Elçibəy komandasına daxil olan adamların bir növ ən savadsızı kimi qələmə verirlər. Nədir bunun səbəbi?



- Mən ümumiyyətlə, fövqəladə yaxşı oxumuşam. İstər orta məktəbi, istərsə də ali məktəbi. Kəskin şəkildə fərqlənmişəm. Mənim attestatımda ümumiyyətlə, dörd yoxdur. Mən universitetdə də çox yaxşı oxumuşam. Məndə elə bir boy-buğun, yaxud da hansısa bir xarici effekt doğuran başqa üstünlüklərim yoxdur. Elə məndə olan sözü doğrusu, başdır da. Ona görə bu məsələ də bir qədər paradoksaldır... Mən kənddə böyümüşəm, atam da, anam da kolxozçu olub. 12 uşağın böyüyüyəm. Mənim doqquz bacım, iki qardaşım olub... Bilirsiniz ki, kənddə əksəriyyət fiziki işlə məşğul olur, ya əkinçiliklə, ya da maldarlıqla. Mən heç vaxt fiziki işlə məşğul olmamışam. Yəni, mən bir növ ailəni "istismar" etmişəm. Yəni 11 nəfər bir tərəf olub, mən başqa tərəf. Və sözün doğrusu, məsələn, ali məktəbdə oxuyanda dədəm məni heç kəsdən əskik saxlamayıb. Həm ata-anamın, həm bacı-qardaşlarımın bu haqqını və mənə qarşı olan əməyini ümumiyyətlə, qaytarmaq mümkün deyil. Zəhmətkeş bir ailədən olmuşam və öz dədəmin halal çörəyi ilə böyümüşəm...



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG