Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:12

Gözlənilən «gözlənilməz qərar»


Səs: Real audio
Türkiyənin Xarici İşlər naziri «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik Parlament seçkilərinin nəticələri ilə bağlı çoxdan gözlənən üç dəyərləndirmədən biri artıq baş tutdu. Yanvarın 25-də Strasburqda Avropa Şurası Parlament Assambleyası [AŞPA] Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqlədi. Azərbaycana ayrılan 12 yerdən 10-u bəllidir. İki yer hələ boş saxlanır



Belə görünür ki, indiyə kimi gözləmə mövqeyində duran müxalifət düşərgəsində proseslər sürətlənə, hətta eyni mövqedən çıxış edənlərin yolları ayrıla bilər. Ekspertlərə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin mandatının təsdiqlənməsi gözlənilməz yox, əslində, gözlənilən idi. Sadəcə, müxalifətçilər növbəti addımlarla bağlı qərar verməkdən və elektoratı ətrafında saxlaya bilməkdən ötrü vaxt qazanırdılar.



«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyevə görə, müxalifətin bundan sonra eyni mövqedən çıxış edib-etməyəcəyi ayrı məsələdir. Amma parlament seçkilərindən sonra gözləmə mövqeyində dayanan müxalifət partiyaları artıq qərarlarını qətiləşdirəcəklər.



«Ayna-Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə hesab edir ki, bundan sonra müxalifətin, xüsusən də «Azadlıq» bloku və onun ətrafındakı qüvvələrin iki yerə bölünməsi müşahidə oluna bilər. Onların bir qismi parlamentin işinə və on dairədə keçiriləcək əlavə seçkiyə qatılacaq. Eyni zamanda Mərkəzi Seçki Komissiyasının formalaşmasında iştirak edəcək.



Azər Rəşidoğluna görə, son zamanlar seçki olayları unudulmağa və sosial problemlər qabarmağa başlayıb. Çox güman ki, bundan sonrakı mərhələdə əlavə seçkiyə qatılmayan, MSK-da təmsil olunmaq istəməyən müxalifətçilər sosial narazılıqlardan istifadə etməyə, yenidən siyasi gündəmə gəlməyə çalışacaqlar.



Vətəndaş Təşəbbüsləri Mərkəzinin koordinatoru Mais Güləliyev deyir ki, müxalifətin parlamentin işinə qatılıb-qatılmamaq və əlavə seçkidə iştirakı heç nəyi dəyişdirməyəcək. Onsuz da müxalifət həmin parlamentdə qərarların qəbuluna təsir edə bilməyəcək. Ona görə də müxalifət parlament və ya MSK-da təmsil olunmaq uğrunda mübarizəyə başlamamalıdır. O proporsional sistemin bərpasına səy göstərməlidir.



Əslində, indiyə kimi bir sıra partiyalar ayrı-ayrılıqda seçkiyə, parlamentin işinə qatılmaq və ya MSK-nın yeni tərkibində təmsil olunmaqla bağlı qərarlarını vermişdilər. Bu məsələdə qərar verməyən yalnız Müsavat partiyası idi.



Partiya başqanı İsa Qəmbər deyir ki, onlar qərarlarını fevralın əvvəllərində verəcəklər və bu zaman bütün məqamları, eləcə də beynəlxalq qurumların rəylərini nəzərə alacaqlar. Amma o hesab edir ki, müxalifətin seçkiyə, parlamentə qatılmaqla bağlı qərarı qətiləşsə belə vəziyyət dəyişməyəcəkdi. İsa Qəmbər son günlərin hadisələrini xatırladır. O deyir ki, AŞPA Monitorinq Komitəsinin toplantısında ən radikal mövqe tutan Azərbaycan üzrə həmməruzəçilər – Andreas Qross, Andres Herkel və qurumun Seçkini Müşahidə Missiyasının rəhbəri olmuş Leo Platvoetin təqdim etdiyi layihədə seçkilərin nəticələrinin tanınmaması və yeni seçkilərin keçirilməsi kimi sərt tələblər yoxuydu. Halbuki müxalifətin başlıca tələbi bu idi və bunda həmrəy idi. Qurumun üzvləri isə sadəcə, mandatın təsdiqlənməsini, amma nümayəndə heyətinin səs hüququnun alınmasını istəyirdilər.



Siyasi icmalçı Azər Rəşidoğluna görə, Avropa Şurasının təsir mexanizmi olmadığından, Azərbaycana təzyiq edə biləcək beynəlxalq təşkilatlar arasında ən zəifiydi. Ona görə ABŞ seçkidən az sonra öz mövqeyini sərgiləyəndən, ATƏT geri çəkilməyə başlayandan sonra Avropa Şurasından fərqli qərar gözləmək olmazdı.



Ekspert Zə
XS
SM
MD
LG