Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:18

Hava şəraiti bir nəfərin ölümünə səbəb oldu


Səs: Real audio
Türkiyənin Xarici İşlər naziri «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik Yanvarın 25-i gecə Bunəqədi rayonu ərazisində don vurmadan ölən bir nəfər «bomj»un, yəni sahibsiz adamın meyiti tapılıb. Bakı Şəhər Təcili-Tibbi Yardım Xidmətindən Mürsəl Həmidovun verdiyi məlumata görə, bu hadisədən başqa, havaların soyuması və qar yağması onlara edilən müraciətlərin sayına təsir etməyib.



Amma, hava şəraiti ilə bağlı sərnişindaşımada müəyyən problemlər yaranıb. Avtobusla sərnişindaşımada təxminən 30-40 faizlik geriləmə var. Nəqliyyat Nazirliyi yolların təmizlənməsi üçün bütün tədbirləri gördüyünü bildirsə də, rayonlara reyslərin sayı azalıb.



Avtovağzaldan Nurəddin İsmayılovun verdiyi məlumata görə isə, Şamaxı və Qusar istiqamətində yollar buz bağladığından həmin yolda reyslər dayandırlıb.



Dövlət Yol Polisi İdarəsindən (DYPİ) verilən məlumata görə, yollarda görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, Ucar və Astarada ölümlə nəticələnən qəza hadisələri baş verib. DYPİ-dən Kamran Əliyev ötən sutka ərzində ümumilikdə doqquz qəzanın qeydə alındığını deyir.



Bakı Hava Limanından Naxçıvan Muxtar Respublikasına reyslər bir neçə dəfə təxirə salınıb. Bundan başqa, gün ərzində Moskva və Türkmənbaşı-Krasnovodska uçan reyslər həmin şəhərlərdəki hava limanlarının vəziyyətindən asılı olaraq gecikmələrlə həyata keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG