Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:38

ATƏT rəsmisi: «Yekun hesabat yaxın günlərdə hazır olacaq»


Səs: Real audio
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mətbuat katibi xanım Urdur Günnarsdottir qurumun 10 dairədə keçiriləcək təkrar seçkini müşahidə etmək barədə qərar vermədiyini deyir ATƏT-in Azərbaycandakı parlament seçkisi ilə bağlı yekun hesabatı yaxın günlərdə hazır olacaq. Bu barədə «Azadlıq» radiosuna ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mətbuat katibi Urdur Günnarsdottir bildirib.



O, ATƏT-in yekun hesabatının açıqlanmasının siyasi səbəblərə görə, yubadılmasına dair fikirləri də təkzib edib.



ATƏT rəsmisinin sözlərinə görə, yekun hesabatın hazırlanmasında yubanma yoxdur: «Azərbaycanda seçki prosesi dekabrın əvvələrində başa çatıb. Yekun hesabatın hazırlanması üçün isə, 6-8 həftə vaxt tələb olunur».



O, əlavə edib ki, ATƏT hesabatın məzmunu ilə bağlı Azərbaycanda heç kimlə müzakirə aparmır. «Biz sadəcə olaraq, hesabatda verəcəyimiz tövsiyələrimizi yekunlaşdırıriq» - deyə, o, vurğulayıb.



ATƏT 10 dairədə keçiriləcək təkrar seçkini müşahidə etmək barədə isə, qərar verməyib. Parlamentə təkrar seçki mayın 13-də olacaq.



ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun da daxil olduğu Beynəlxalq Seçkini Müşahidə Missiyası noyabrın 7-də yaydığı ilkin bəyanatda bildirib ki, Milli Məclisə seçki ATƏT və Avropa Şurasının seçkilərin demokratik keçirilməsi üzrə bir sıra standartlarına və öhdəliklərinə cavab verməyib.
XS
SM
MD
LG