Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:07

Nardaranda iki polis zabiti qətlə yetirilib


Səs: Real audio
Yanvarın 25-də günorta saat 3 radələrində iki polis zabiti Nardaran qəsəbəsində qətlə yetirilib Daxili İşlər Nazirliyinin verdiyi məlumatda polis kapitanı Rövşən Rəhimov və polis leytenantı İlqar Ağayevin Nardaranda silahlı şəxslərin basqınına məruz qaldığı, atışma nəticəsində hər ikisinin qətlə yetirildiyi bildirilir. Atışma zamanı hücum edənlərdən biri – Ramiz Həsənov öldürülüb, digər ikisi – Həsən Əzimov və İlham Quliyev isə yaralanıb.



Daxili İşlər Nazirliyindən Sadiq Gözəlovun sözlərinə görə, hadisə belə baş verib: "Bilgəh qəsəbəsində hadisə yerindən qayıdan polis əməkdaşlarının olduğu avtomobil avtomat və tapança ilə silahlanmış Nardaran sakinləri, dəfələrlə məhkum olunmuş Ramiz Həsənov, Həsən Əzimov, İlham Quliyev və başqaları tərəfindən saxlanılıb. Onların dərhal atdığı atəş nəticəsində başından güllə yarası alan Rövşən Rəhimov hadisə yerində həlak olub. İlqar Ağayev isə ağır yaralanıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq İlqar Ağayev xidməti silahdan istifadə edərək Ramiz Həsənovu məhv edib, Həsən Əzimov və İlham Quliyevi yaralayıb. Lakin aldığı güllə yarasından İlqar Ağayevin özü də həlak olub".



Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə və qanunsuz silah saxlama, daşıma və gəzdirmə maddələri ilə cinayət işi açılıb.



Polis zabitlərinə hücum etməkdə ittiham olunan – Həsən Əzimov və İlham Quliyev xəstəxanaya yerləşdirilib. Hadisənin digər iştirakçılarının saxlanılması üçün əməliyyat tədbirləri davam edir.
XS
SM
MD
LG