Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:47

Amerika şirkəti ARDNŞ-ə qarşı məhkəməni udduğunu bildirir


Səs: Real audio
Azərbaycan tərəfi isə, apellyasiya şikayəti verəcəyini deyir Yanvarın 25-də ABŞ-ın «Frontera Resources Corporation» şirkəti rəsmi saytında élan edib ki, onun Azərbaycandakı törəmə müəssisəsi olan «Frontera Resources Azerbaijan Corporation» Dövlət Neft Şirkətinə (DNŞ) qarşı məhkəmə iddiasını udub və Azərbaycan tərəfi 1.2 milyon dolarlıq təzminat ödəməli olacaq. Korporasiyanın məlumatında deyilir ki, Beynəlxalq Ticarət Məsələləriylə bağlı BMT Komissiyasının qaydaları əsasında, İsveçdə keçirilən məhkəmə prosesində belə qərar verilib.



DNŞ-in keçmiş prezidenti, hazırda Yanacaq və Energetika naziri olan Natiq Əliyev Amerika şirkətinin yaydığı məlumatın həqiqətəuyğun olmadığını və məhkəmə qərarının tərəflərə çatdırılmadığını deyir, əlavə edir ki, korporasiyanın ümumilikdə 23 milyon dollarlıq təxminat iddiası təmin edliməyib.



DNŞ-dən «Azadlıq» radiosuna verilən məlumata görəsə, adıgedən şirkət 23 milyon dollara yaxın təzminat iddiasıyla məhkəməyə müraciət etsə də, 1,2 milyon dollarlıq iddiadan başqa qalan tələblləri məhkəmə tərəfindən rədd edilib. Hətta bu rəqəmlə bağlı da, Azərbaycan tərəfi dəqiqləşdirmələr aparmaq üçün apellyasiya şikayəti verəcək. Bundan başqa, Azərbaycan tərəfi kommersiya maraqlarını təmin etmək üçün təhrif olunmuş məlumatlar yayan korporasiyanın hərəkətləriylə bağlı da tədbirlər görməyi planlaşdırır və yanvarın 25-dən vəkillər lazımi prosedurlara başlayıblar.



Bağlanmış müqaviləyə görə, «Frontera Resources Azerbaijan Corporation» Dövlət Neft Şirkətiylə birgə «Kürsəngi» və «Qarabağlı» neft yataqlarının işlənməsində iştirak edib. Korporasiya 2003-cü ilin oktyabrında beynəlxalq məhkəməyə müraciət edərək – 2000-ci ilin son rübündə DNŞ-in yataqlardan neftin ixracına qoyduğu qadağa nəticəsində ona dəyən maddi ziyanın ödənilməsini istəyib.
XS
SM
MD
LG