Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:51

Özü yıxılan ağlamaz


Səs: Real audio
Karl de Quxt «Bundan sonra bütün digər məsələlər həll olunacaq» - deyir Və ya Azərbaycanın Avropa Şurasından inciməyə haqqı varmı?



Belə bir məsəl var ki, özü yıxılan ağlamaz. Ekspertlərlə və müxalifətçilərlə söhbətdən bu qənaətə gəldim ki, Avropa Şurasına üzv olarkən öhdəliklər götürən və onları yerinə yetirmədiyi halda nələrlə üzləşə biləcəyini əvvəlcədən bilən Azərbaycan hökuməti özü şüurlu bugünkü vəziyyətə doğru gedirmiş və ona görə də indi inciməyə əsası yoxdur.



Politoloq Zərdüşt Əlizadəyə görə, Avropa Şurası Azərbaycandakı son seçkilərin üstündən sükutla keçsəydi, qərəzli olardı və Azərbaycan ictimaiyyətinin inciməyə haqqı çatardı. Zərdüşt Əlizadə Azərbaycanı oyun qaydalarını pozan futbol komandasına oxşadır və hesab edir ki, çoxsaylı pozuntulardan sonra o, meydançadan uzaqlaşdırılmalıydı.



"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu və «Gün» qəzetinin şərhçisi Elxan Şahinoğlu da hesab edirlər ki, Azərbaycan hökumətinin öhdəlikləri yerinə yetirməməsi hardasa Avropa Şurasının səbir kasasını daşırmalıydı. Ötən il noyabrın 6-da keçirilən seçkilərin nəticələrinin saxtalaşdırılmasını ATƏT-in, Avropa Şurasının müşahidəçiləri də izlədilər.



Elxan Şahinoğlu deyir ki, "narıncı inqilab" təhlükəsini yatıran və istədiyi parlamenti formalaşdıran hakimiyyət seçki məsələsinin Strasburqda qabarmayacağına çox əmin idi. Həmməruzəçi Andreas Qrossun bu haqda müzakirələrin əlavə seçkilərdən sonra – iyun sessiyasında aparıla biləcəyi haqda fikirləri də onu arxayın salmışdı.



Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdir müavini Nazim İsayev isə qurumun qeyri-obyektiv, Andreas Qrossun isə qərəzli olduğunu düşünür. Baş verənlərdə müxalifəti ittiham edən Nazim İsayevə görə, bu düşərgə Azərbaycanın mövqeyinə zidd addımlar atır.



«Yeni Siyasət» blokunun təsisçilərindən biri – Eldar Namazovsa düşünür ki, baş verənlərə görə müxalifəti ittiham etmək lazım deyil. Onun fikrincə, Azərbaycanın qarşılaşdığı sərt mövqeyə görə səlahiyyət sahibi olan hakimiyyət cavabdehdir.



Belə görünür ki, bu məsələdə ziyan əsasən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq. Elə bu günlərdə AŞPA Dağlıq Qarabağa dair hesabatı müzakirəyə çıxarmalıdır. Amma Azərbaycan nümayəndə heyətinin səs hüququ alınsa və ya mandatı təsdiqlənməsə, bu müzakirələr birtərəfli aparılacaq. Elə buna görə də bu günlərdə bir qrup siyasətçi, qeyri-hökumət təşkilatının rəhbəri, politoloq və ziyalı Avropa Şurasına müraciət edib. Onlar bu məsələdə nümayəndə heyətinin səs hüququnun məhdudlaşdırılmamasını istəyirlər. Həmin müraciət müəlliflərindən biri də Eldar Namazovdur. Onunla yanaşı, bu sənədə imza atan politoloq Zərdüşt Əlizadə isə deyir ki, hakimiyyətin etdiyi saxtakarlıqlara görə Azərbaycan xalqının və dövlətinin maraqlarına ziyan dəyməməlidir.



«Gün» qəzetinin şərhçisi Elxan Şahinoğlu xatırladır ki, indiyə kimi ən müxtəlif səviyyələrdə Dağlıq Qarabağın taleyinin seçkilərin demokratik keçirilməsindən asılı olacağı dəfələrlə vurğulanıb. Nümayəndə heyəti özü də Avropa Şurasında münaqişəylə bağlı müəyyən işlər aparıb. Amma bu gün onların üstündən xətt çəkilə bilər.



Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdir müavini Nazim İsayev isə hadisələri qabaqlamamağı, gözləməyi üstün sayır. Amma bununla belə, o, Azərbaycanla qurumun münasibətlərinin olduğu kimi qalacağını düşünür. Onun qənaətincə, Azərbaycan Avropa Şurasına üzv olanda, kiməsə xoş gəlmək üçün bu addımı atmayıb. Azərbaycan bu addımla qabaqcıl dünyanın bir parçası olmaq, dövləti qabaqcıl Avropaya uyğunlaşdırmaq istəyib.



Zərdüşt Əlizadəyə görə isə, Azərbayca
XS
SM
MD
LG