Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:51

ATƏT sədri: «Münaqişədə irəliləyiş qoşunların sülhməramlılarla əvəzlənməsi şəklində ola bilər»<p align=`left`><br><br>


Səs: Real audio
Karl de Quxt «Bundan sonra bütün digər məsələlər həll olunacaq» - deyir «Dağlıq Qarabağ münaqişəsində irəliləyiş hər iki tərəfdən qoşunların sülhməramlılarla əvəzlənməsi şəklində ola bilər». Bunu Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın Xarici İşlər naziri Karel de Quxt deyir: «Bundan sonra bütün digər məsələlər həll olunacaq».



Karel de Quxt bildirir ki, Azərbaycan və Ermənistanın münaqişənin həlli üçün siyasi niyyəti var, ancaq siyasi niyyətlə münaqişənin həlli arasında xeyli maneələr var və bu aradan qaldırılmalıdır. ATƏT-in fəaliyyətdə olan sədri ümidini bildirir ki, iki ölkə prezidentinin fevralın 10-11-də Fransada keçiriləcək görüşündə irəliləyiş əldə oluna bilər.



Karel de Quxt: «Əgər prezidentlər razılığa gəlsələr, ATƏT tərəflərə sülhməramlı mandatı, reablitasiya, o cümlədən, regionda qalan məsələlər - məsələn, Ermənistan-Türkiyə sərhədinin açılmasında kömək edə bilər. Ancaq bunun üçün əvvəlcə irəliləyişə nail olunmalıdır».



Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da jurnalistlərlə söhbətində bildirdi ki, əldə edilmiş razılaşmaya görə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri sülhməramlı qüvvələrə daxil edilə bilməz. O, sülhməramlıların konkret hansı ərazilərdə yerləşəcəyi barədə konkret bir söz demir.



Nazirin bildirdiyinə görə, ATƏT-in Minsk Qrupu həmsədrləri fevralın 1-də Bakıya gələcəklər.
XS
SM
MD
LG