Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:32

Gəncədə qarla bağlı Fövqəladə Komissiya yaradılıb


Səs: Real audio
Prezident İlham Əliyev vəziyyətin çox ağır və yaxud da çətin olduğunu bildirib Yanvarın 25-də güclü qarın yağmasıyla bağlı Gəncədə Fövqəladə Komissiya yaradılıb. Şəhər Yol Polisi də gücləndirilmiş iş rejiminə keçib. Təhsil Nazirliyinin sərəncamından sonra Gəncədə də dərslər dörd günlük təxirə salınıb.



Gəncə İcra Hakimiyyətinin məsul işçisi Abid Əliyev deyir ki, səhər tezdən başlayaraq əsas yollara qum tökurlər, texnika isə, hazır vəziyyətə gətirilib. Marşrut sürücüləri isə, hesab edirlər ki, yollar qardan yaxşı təmizlənmir.



İctimai nəqliyyatın yavaş sürətlə hərəkəti dayanacaqlarda növbələr yaradıb.



Havanın soyuqlaşması qaza tələbatı artırıb. Qazın təzyiqi şəhərin ucqar yerlərində azalıb.



Gəncə Qaz İdarəsinin baş mühəndisi Cavad Məmmədovun sözlərinə görə, üç gündü ki, əlavə 100 min kubmetr qaz alırlar. Şəhərə gün ərzində 1 milyon 200 min kubmetr qaz verilir. Bu isə, əhalinin təlabatını ödəmir. Cənab Məmmədov bildirir ki, müraciət etsələr də, «Azərqaz» Səhmdar Cəmiyyəti limiti artırmaq niyyətində deyil.
XS
SM
MD
LG