Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:54

Azərbaycanın Avropa Şurasına qəbulunun 5 ili tamam olur


Səs: Real audio
Prezident İlham Əliyev vəziyyətin çox ağır və yaxud da çətin olduğunu bildirib «Azərbaycanın üzərinə götürdüyü texniki xarakterli öhdəliklərin demək olar ki, əksəriyyəti yerinə yetirilib, ancaq hamısı yox»



Beş il əvvəl Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunandan sonra ölkə vətəndaşları üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanı yarandı.



Avropa Şurasının Bakıdakı İnformasiya Ofisinin icraçı direktoru İlqar İbrahimli bildirir ki, bir ay ərzində 40-50 nəfər Azərbaycan vətəndaşı ərizə forması götürür. Azərbaycan məhkəmələrindən narazı qalanlar bütün məhkəmə instansiyalarını keçəndən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərlər.



Ərizə formasını götürənlər – Eldar Quliyev və Araz Baxışov da yerli məhkəmələrdən narazı qalanlardır: «Mənim işimə Azərbaycanda 13 məhkəmə baxıb. Bütün qərarlardan narazıyam. Ona görə Avropa Şurasına üz tutmuşam»... «İstehsalatda zədə almışam. Ödədikləri kompensasiyanı kəsiblər, bütün məhkəmələrdən də keçmişəm. Ona görə bu dəfə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyəm»...



İnformasiya Ofisinin icraçı direktoru İlqar İbrahimli bildirir ki, burada şikayətçilərə ərizə formaları verilir, necə müraciət etmə qaydaları izah olunur:



«Ərizələr 4 dildə – ingilis, fransız, rus və Azərbaycan dillərindədir. Burada bütün qeydlər var, ərizə götürənlərə bunlar izah olunur və onlar birbaşa Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilirlər».



Azərbaycan Avropa Şurasına qəbul olunanda üzərinə 26 öhdəlik götürüb. Həmin öhdəliklərdən 10-u Avropa Şurasının konvensiyaları ilə bağlıdır. Dağlıq Qarabağ məsələsinin həlliylə bağlı iki, milli qanunvericiliklə bağlı yeddi, əsas insan hüquqları və azadlıqları ilə bağlı səkkiz, öhdəliklərin yerinə yetirilməsinin monitorinqi ilə bağlı isə Azərbaycanın Avropa Şurası qarşısında iki öhdəliyi var.



İnsan haqları, demokratiya və qanunun aliliyi bu öhdəliklərin önündə durur. Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Mats Lindberq deyir ki, Azərbaycan texniki xarakterli öhdəliklərin əksəriyyətini yerinə yetirib. Ancaq hamısını yox. Yerli özünüidarə orqanları haqqında qanunvericiliyə dəyişiklik edərək onlara daha çox səlahiyyətlərin verilməsi, «Regional və milli azlıqların dilləri haqqında Avropa Xartiyası»nın ratifikasiyası, «Alternativ xidmət haqqında» qanunun qəbulu məsələsi qalır. Demokratik prinsiplərə dair öhdəliklərə gəldikdə isə:



«Burada əsas öhdəliklərdən biri azad və ədalətli seçkilərin keçirilməsidir. Avropa Şurasının Seçkiləri Monitorinq Missiyası son parlament seçkilərində hələ də müəyyən qanun pozuntularının olduğunu bildirib. Toplaşma azadlığı, birləşmə azadlığı, başqa sözlə desək, qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı da narahatlıqlar qalmaqdadır və bunlar heç də hamısı deyil».



Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə bildirir ki, Azərbaycan öz öhdəliklərini yerinə yetirib. Yerinə yetirilməmiş əsas öhdəlik isə Dağlıq Qarabağ probleminin sülh yoluyla həlli məsələsidir:



«Dağlıq Qarabağ məsələsindən başqa götürdüyümüz öhdəliklərin 99 faizini yerinə yetirmişik. Çox cüzi hissə isə yerinə yetirilmək üçün son mərhələdədir. Parlamentin yeni işində qalmış konvensiyalar da təsdiq olunacaq».



Hüquq müdafiəçisi Səidə Qocamanlı isə hesab edir ki, təkcə Qarabağ yox, söz azadlığı, siyasi məhbuslar məsələsiylə bağlı öhdəliklərin yerinə yetirilməsində də problemlər qalır. Hüquq müdafiəçisinin fikrincə, buna görə Azərbaycan və Avropa Şurasının bundan sonr

Günün bütün mövzuları

XS
SM
MD
LG