Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:55

ABŞ «quş qripi»lə mübarizə üçün Azərbaycana yardım ayırıb


Səs: Real audio
Sənaye və Energetika naziri «Onlar qaza görə, Rusiyaya verdikləri məbləği Azərbaycana ödəməlidirlər» - deyir «Kim istəyir, gedib Masallıdan toyuq da, yumurta da gətirsin, mən mətbuatın qarşısında çiy quş ətinə də əlimi vuraram, bişmişini də yeyərəm. Azərbaycanda «quş qripi» yoxdur». Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi İsmayıl Həsənov belə deyir. O, ölkədə «quş qripi» virusunun olması haqqında deyilənləri şaiyə adlandırır. Onun sözlərinə görə, quşlardan götürülmüş qan nümunələri bir daha yoxlanılmaq üçün Londona göndəriləcək.



Azərbaycanda «quş qripi»ylə mübarizənin necə getməsiylə bağlı yanvarın 23-də ABŞ-dan olan ekspertlər qrupu Bakıda bir neçə dövlət qurumlarının rəhbərləriylə görüşüb əməkdaşlığı davam etdirəcəklərini bildirmişdilər. DBX-nin rəis müavini Emin Şahbazovun veridyi məlumata görə, amerikalı həmkarları onlara yardım da ayırıblar: «1500 dəst xüsusi geyim, çəkmə, əlcək, respirator, eynəklər veriblər. Əməkdaşlıq bundan sonra da davam edəcək».



«Quş qripi»nə qarşı mübarizənin tərkib hissəsi kimi Azərbaycanda köçəri quşların ovuna, bazarlarda isə, diri quşların satışına qadağa qoyulub. Bakıdakı 7 Saylı Yoluxucu Xəstəliklər Xəstəxanası isə, virusa yoluxacaq pasiyentlər üçün ayrılıb.
XS
SM
MD
LG