Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:31

Parlament seçkilərinin qiymətləndirilməsi niyə gecikir?


Səs: Real audio
Sənaye və Energetika naziri «Onlar qaza görə, Rusiyaya verdikləri məbləği Azərbaycana ödəməlidirlər» - deyir Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının [AŞPA] qış sessiyası işinə başladı.



46 ölkənin parlament üzvlərini bir araya gətirən bu məclis ötən ilin dekabrında Qazaxıstanda keçirilən prezident seçkilərinə və noyabrda Ermənistanda keçirilən referenduma qiymət verəcək. Azərbaycanda 6 noyabr seçkiləri ilə bağlı isə Assambleyanın gündəliyinə ayrıca məsələ salınmayıb.



Yanvarın 23-də keçirilən iclasda yalnız Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməsi məsələsi qaldırılıb. Azərbaycan üzrə həmməruzəçi Andreas Qross ölkədə keçirilən parlament seçkilərinin Avropa Şurası standartlarına uyğun olmadığını deyərək heyətin mandatını təsdiqləməməyə çağırıb. Məsələnin müzakirəsi yanvarın 25-ə təyin olunub.



Beynəlxalq Müşahidə Missiyası isə noyabr seçkiləri ilə bağlı yekun məruzəni hələ tamamlamayıb. Amma onun tezliklə başa çatdırılacağı vəd olunur.



Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun mətbuat katibi Urdur Gunnarsdottir "Azadlıq" radiosuna müsahibəsində deyib.



Müxalifətin parlamentə getmək haqqında qərarının gecikməsinin bu məruzənin hazırlanması ilə bağlılığı varmı? Xanım Gunnarsdottir bu barədə şərh vermək istəmədiyini bildirdi.



"Azadlıq" blokundan parlamentə daha çox mandat alan Müsavat partiyası Milli Məclisin işində iştirak edib-etməmək barədə qərarını yanvarın sonunda və ya fevralın əvvəlində çıxaracağını bildirir.



Qalan iki partiya – mandat qazanmayan ADP və bir mandat qazanan AXCP parlamentdə iştirak etməmək barədə qərarı əvvəlcə çıxarmışdı.



Söhbətdə iştirak edirlər:



- Müstəqil politoloq Hüseynbala Səlimov;



- Türkiyə Ulusal Güvənlik Araşdırmaları Mərkəzinin Qafqaz Masasının rəhbəri Araz Aslanlı



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG