Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:59

İşığı kəsilən Gürcüstan: bu, Azərbaycanın da başına gələ bilərmi?


Səs: Real audio
7 Saylı Yoluxucu Xəstəliklər Xəstəxanasının bir mərtəbəsi virusa yoluxacaq xəstələr üçün ayrılıb Yanvarın 23-də Vyanada ATƏT-in İqtisadi Forumu işinə başlayıb. Müzakirə olunan əsas məsələ - iqtisadi inteqrasiyada, əməkdaşlıqda, Avropa ilə Asiyanın dialoqunun güclənməsində, Mərkəzi Asiyada və Qafqazda sabitlikdə nəqliyyatın roludur. Qafqazın özündə isə, Şimali Osetiyada qaz kəmərinin, eyni vaxtda Karaçay-Çerkesiyada elektrik xəttinin partlaması ilə Rusiya qazının tamamilə, işığının isə qismən Gürcüstana verilməsi dayanıb. Azərbaycanı da belə hadisələr gözləyə bilərmi? Çünki Bakı da elektrik stansiyaları üçün qazı Rusiyadan, Naxçıvana işığı İran və Türkiyədən, qazı isə İrandan alır



Azərbaycan Rusiyadan ildə 4,5 milyard kubmetr qaz alır. Rusiyadan alınan təbii qazın 80 faizi elektrik stansiyaları, 20 faizi isə şimal rayonlarının qaza olan tələbatını ödəmək üçündür. Energetika məsələləri üzrə ekspert İlham Şaban deyir ki, qaz kəmərlərində qəza baş versə belə, Azərbaycanda vəziyyət Gürcüstandakı kimi gərgin olmayacaq. Gürcütandan fərqli olaraq Azərbaycanda bu il yeraltı qaz anbarlarına 1 milyard kubmetr təbii qaz vurulub. Bu həcmdə qaz ölkəni 2-3 ay dolandırmağa imkan verir.



Azərbaycan Rusiyadan həm də elektrik enerjisi idxal edir. Rusiyadan alınan elektrik enerjisi də əsasən, şimal rayonlarına yönəldilir. İl ərzində Azərbaycan Rusiyadan təqribən 3 milyard kilovatt saat elektrik enerjisi alır, amma bu o qədər də böyük rəqəm deyil. Çünki Azərbaycana ildə 23 milyard kvt/saat lazımdır.



«Azərenerji» Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov deyir ki, Gürcüstandakı hadisə Azərbaycanın başına gəlsə, bu ümumi işə bir o qədər də təsir göstərməyəcək, 3 milyard kvt/saatı yola vermək mümkündür.



Hökumətdə də bu barədə nikbindirlər. Yanacaq və Energetika naziri Natiq Əliyev bildirir ki, ölkənin enerji təhlükəsizliyi məsələsi prezidentin də diqqət mərkəzindədir və narahatlığa əsas yoxdur. Qaz çatışmasa, Azərbaycan elektrik stansiyalarını anbardakı qaz, ya da ki mazutla işlədəcək.



Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı ən zəif yeri Naxçıvan Muxtar Respublikasıdır. Naxçıvan elektrik enerjisinin böyük bir hisssəsini – 60 faizini Türkiyədən, 30 faizini İrandan alır, cəmi 10 faizini özü istehsal edir. Ekspertlərin fikrincə, bu ölkələrin hansısa birinin ərazisindən ötürülən enerji ilə bağlı problem yaransa, o biri ölkə hesabına məsələni həll etmək mümkün olacaq.



Qazı isə Naxçıvan ancaq İrandan alır. Özü də 15 ilə yaxın fasilədən sonra cəmi bir neçə aydır ki, Muxtar Respublikaya qaz vermək mümkün olub. Daha dəqiqi, Azərbaycan bu qazı Hacıqabul-Astara kəməri ilə İran Astarasına ötürür, oradan isə eyni həcmdə qaz Naxçıvana verilir. Ekstremal situasiya yaranarsa, Naxçıvana başqa istiqamətlərdən qaz almaq şansı hələ ki, yoxdur.



Amma bütün hallarda Azərbaycanı enerji təhlükəsizliyi baxımından qonşularıyla, yəni Gürcüstan və Ermənistanla müqayisə etmək düzgün olmazdı. Azərbaycan özü neft ölkəsidir və günlərin bir günü Gürcüstanda olduğu kimi, Azərbaycana da ötürülən qazla bağlı problem yaransa, ölkə daxili tələbatını ödəyə biləcək.



Azərbaycanın qaza olan illik tələbatı ildə 10-12 milyard kubmetr, elektrik enerjisinə isə 23 milyard kvt/saatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG