Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:45

Təyyarədə həlak olan Avstraliya vətəndaşının kimliyi hələ də bilinmir


Səs: Real audio
7 Saylı Yoluxucu Xəstəliklər Xəstəxanasının bir mərtəbəsi virusa yoluxacaq xəstələr üçün ayrılıb Ötən ilin sonunda Bakı-Aktau reysi ilə uçan təyyarədə həlak olan Avstraliya vətəndaşının şəxsiyyəti hələ də müəyyənləşməyib. Avstraliya həmin şəxsin DNT analizinin nəticələrini Bakıya göndərməyib. Bunu «Azadlıq» radiosuna Azərbaycan Hava Yolları – «AZAL» Dövlət Konserninin prezidentinin müavini Sabir İlyasov dedi. Onun bildirdiyinə görə, təyyarənin «qara qutu»sunun oxunma prosesi də başa çatmayıb.



Ötən il dekabrın 23-də Bakı-Aktau reysilə uçan AN-140-100 təyyarəsi havaya qalxandan səkkiz dəqiqə sonra sahil xətti yaxınlığında dənizə çırpılaraq parçalanıb. «AZAL» və Ukrayna-Rusiya mütəxəssislərinin birgə iştirakıyla yaradılan komissiya AN-140-ın «qara qutu»sunu açandan sonra belə qənaətə gəlib ki, qəzaya səbəb təyyarənin havadakı vəziyyətini əks etdirən qurğuların sıradan çıxması ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG