Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:37

ABŞ ekspertləri «quş qripi»nin monitorinqində iştirak edəcəklər<p align=`left`><br><br>


Səs: Real audio
7 Saylı Yoluxucu Xəstəliklər Xəstəxanasının bir mərtəbəsi virusa yoluxacaq xəstələr üçün ayrılıb Azərbaycanda «quş qripi» ilə bağlı monitorinqlərdə və laborator müayinələrdə iştirak etmək üçün ABŞ-dan 14 ekspert Bakıya gəlib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, onlar regionlarda sözügedən virusla bağlı keçiriləcək monitorinqlərdə iştirak edəcəklər.



ABŞ-ın Atlanta şəhərinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması İdarəsinin «quş qripi» üzrə eksperti Rey Artur: «Vəziyyətin nə yerdə olduğunu bilmək və xəstəliyin qarşısını vaxtında və effektli şəkildə almaq üçün köməklik etmək istəyirik».



Bakıdakı 7 Saylı Yoluxucu Xəstəliklər Xəstəxanasının bir mərtəbəsi isə «quş qripi»nə yoluxacaq xəstələr üçün ayrılıb. Xəstəxananın baş həkimi Məhəbbət İbrahimova bildirir ki, hələlik 30 çarpayı ayrılıb. Xəstələrin müalicəsi və dərmanla təminatı pulsuz olacaq: «Xəstəxana tam hazırdır. Dərman preparatları və tibbi avadanlıqlarla təmin olunmuşuq. 15 həkim, 30 tibb bacısı ayrılıb. Onlar xüsusi təlimlər keçiblər. Ancaq indiyə qədər «quş qripi» ilə bağlı bir xəstə də olsun qeydə alınmayıb».



Həftəsonu Türkiyənin Səhiyyə naziri qonşu dövlətlərdə «quş qripi» virusunun olduğunu, ancaq həmin ölkələrin bunu gizlətdiyini bildirmişdi. Dövlət Baytarlıq Xidmətindən (DBX) deyirlər ki, bəyanatda konkret ölkə adı çəkilməsə də, bu, narahatlıq doğurub.



DBX-nin rəis müavini Emin Şahbazov onu da deyir ki, aparılan monitorinqlər yanvarın 23-nə qədər Azərbaycanda «quş qripi» xəstəliyinin olmadığını göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG