Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:08

Ağlı-qaralı Lənkəran...


Səs: Real audio
Amerika mütəxəssisləri "quş qripi" ilə bağlı vəziyyəti öyrənmək üçün yanvarın 22-də Azərbaycana gəlirlər. Bazar ertəsi onlar azərbaycanlı həmkarlarıyla görüşəcəklər Lənkərandakı axırıncı günümün səhəri xoruz səsinə yuxudan oyandım. Düzü əvvəl çaşdım, axı öncəki günlər xoruz – toyuq-cücə səsi eşitməmişdim. «Quş qripi»nin qorxusundan, camaatın həyətdə toyuq-cücə saxlamaqdan çəkindiyini deyirdilər. Odun peçinin üstündə qaynayan çaydanı görəndə yadıma düşdü ki, kənddəyəm və hətta axşam təndirdə bişən cücə ləvəngisi də yemişəm. Bir həkim məni inandırmışdı ki, təndirdəki kimi yüksək temperaturda bişən quşlarda virus-zad qalmır.



Nə isə...Çiy kərpicdən tikilən və deyilənə görə, bu üzdən yayda sərinliyi, qışda istini saxlayan – divarlarında lap kinolardakı kimi, taxçalar və qab-qacaq olan evdən çıxmaq istəyirdim ki, ev yiyəsinin nəvələri qabağımı kəsib, mahnı oxumaq üstündə bəhsə girdilər.



Böyüyəndə müğənni olmaq isyədiyini deyən üç yaşlı Leyla oxumaqdan ötrü qardaşının səsini batıra bilib- mikrofonu əlinə aldı. Və başladı...



Kəndin içindən keçən yolun qırağına çıxan kimi, əlləri cibində məscidin divarına söykənən bir gəncə rast gəldim. İş-gücünü xəbər alıb, öyrəndim ki, əslində işsizdir. İki-üç aydan bir Rusiyaya gedib, qohumlarının yanında alver eləyir, sonra da yığdıqlarını xərcləmək üçün qayıdır kəndinə.



Söhbət etdiyimiz yerdə məktəb yaşlarında bir oğlan da bizə yanaşdı. Uşağın riyaziyyat müəllimi də cavan oğlanmış. Məktəbi bitirib, əsgərliyə gedib, sonra qayıdıb Lənkəran Universitetındə müəllimliyi öyrənib. Dediyinə görə, həyətyanı təsərrüfatda çalışmaqla normal dolanmaq olar.



Taksiyə minib şəhərə qayıdanda, sürücünün də 30-35 yaşlarında cavan olduğunu görüb, oxuyub-oxumadığını soruşdum. Dediyinə görə, Neft Akademiyasını bitirib, Bakıda qalıb, çalışmaq istəsə də, alınmayıb, burda isə artıq bir ildən çoxdur ki, taksiylə dolanır.



Onu da deyim ki, qazancı müştərilərinin sayından və insafından asılı olsa da, bu gənc dolanışığından gileylənmirdi.



Lənkəranda yaxşı həmsöhbət axtara-axtara gəlib çıxdım bir elanın qabağına. Bir kimsə qısa vaxtda kompyuter kursu keçməsi, video montaj, dəvətnamə, «vizitka» və s.-nin hazırlanması ilə bağlı vəd verirdi. Həmin ünvana gedib gördüm ki, bütün bunların hamısını eləyən 24 yaşında Elşad adında bir oğlandır. Mən gedəndə toyu montaj edirdi. Dediyinə görə, Bakıda oxuyub, kompyuterə həvəsi olub, öyrənib, həm montaj, həm də kurslarla pul qazanır. Həmsöhbətim deyir ki, Lənkəranda gənc adam istəsə bir yerdə özünə iş tapa bilər, indi gənclərə sovetlərin vaxtındakından daha çox güvənirlər. Amma, onun tanıdığı uşaqlar kiməsə işləməkdənsə, ya dövlət müəssisəsində çalışmağa, ya da öz işlərini qurmağa üstünük verirlər.



Elşadnan söhbətdən aydın oldu ki, başqa həmyaşıdlarına görə, daha çox uğur qazansa da, Lənkəranda heç bir perspektiv görmür.



Nə isə... Bunlar Lənkəranın gəncləri idi. Amma Lənkərandan pis təəssüratlarla getməyimi istəməyən bələdçim məni Azərbaycanın heç bir bölgəsində görə bilməyəcəyim bir yerə aparmağı qərara aldı. Və apardı da...



...Şəhərə bitişik Sütəmürdov kəndinə çatanda gözlərimə inanmadım. Sürücü demişkən, elə bil-Avropanın bir guşəsinə gəlib çıxmışdıq. Maşından düşüb, bir az ətrafı gəzəndən sonra əmin oldum ki, belə bir şey, bu gözəllik hələki Azərbaycanın heç bir yerində, hətta Bakıda da yoxdur. Söhbət Avropa standartlarıyla tikilməkdə olan, həm görünüşü və rahatlığı, həm də ot örtüyünə görə, fərqlənən Lənkəran şəhər stadionundan gedir. Stadion işçilərinin dediyinə görə, aprel-may aylarından «Xəzər-Lənkəran» futbol klubu oy

Günün bütün mövzuları

XS
SM
MD
LG