Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:10
Rubrikalar

Cənubi Qafqaz ölkələrində 4-cü hakimiyyət


Səs: Real audio
Buna yetərsayın olmaması səbəb oldu – Son 10 ildə Cənubi Qafqaz ölkələrində çox maralıq situasiya yaranıb. Burada demokratik jurnalistika da olub, amma siyasi rejim dəyişən kimi jurnalistika da dəyişib. Jurnalistika yenə də hakimiyyətə tabe olmağa öyrəndi. Özü də tez. Sizcə, niyə mətbuat bu qədər dəyişkən, bu qədər kölədir?



Tbilisidən İctimai Tədqiqatlar Mərkəzindən Marina Musxelişvili: – Mən deməzdim ki, bizim jurnalistlər hər yeni rejimə asanlıqla tabe olurlar. Əslində, elə rejimi dəyişən də çox vaxt hökumətin həddini aşdığını görən jurnalistlərdir. Çox vaxt məhz mətbuata nəzarət hakimiyyətin devrilməsinin başlanğıcıq nöqtəsi olur. Düzdür, Gürcüstanda "məxməri inqilab"dan sonra söz azadlığı zəifləyib. Daha da zəifləsə, məncə, bu, hakimiyyətin xeyrinə olmayacaq.



– Putin hakimiyyətə gələndə, mətbuatda özünüsenzura mexanizmi işə düşdü. Yəni jurnalistlər özləri üçün hakimiyyətin istədiyi sərhədi yaradıblar. Azərbaycanda da bənzər vəziyyətdir, yəqin ki?



Bakıdan "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev: - Tam oxşar vəziyyətdir. Krılovun təmsilinin maraqlı yozumunu oxudum. Qarğa yalnız pendiri ağzından salandan sonra söz azadlığını qazanır. Eyni şeyi bizim kütləvi informasiya vasitələrində baş verir. Onlar müəyyən mülkiyyət qazanıb, ya da kiminsə mülkiyyətinə çevrilib tam dəyişirlər. Mən bildiyimə görə, Ermənistanda da belədir, Gürcüstanda da belə olur.



Yerevandan Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri Stepan Qriqoryan: - Qanun nə qədər yaxşı olsa da, praktikada yumşaq desək, jurnalisti döyürlərsə, Sizin dediyiniz özünü senzura mexanizmi işə düşür. Ermənistanda axırıncı dəfə konstitusiya islahatları ilə bağlı informasiya dalğası – təşviqat mənə Brejnevin vaxtını xatırlatdı. Hamı konstitusiyanı tərifləyir, heç kəs konstitusiyanın heç olmasa, bir maddəsindən danışmırdı. Məncə, bu, daha təhlükəlidir. Yəni plüralizm yoxdur, alternativ fikir ifadə etmək mümkün deyil.



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG