Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:13

Beynəlxalq təşkilatların hesabatlarına niyə ciddi yanaşılmır?


Səs: Real audio
Buna yetərsayın olmaması səbəb oldu «Panorama»nın bu şənbə qonaqları Milli Məclisin insan hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova və Müsavat partiyasının Divan üzvü İlham İsmayıldır.



Söhbətdə həmçinin «Gün səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlu ilə «Yeni Azərbaycan» qəzetinin əməkdaşı Aqşin Şahinoğlu da iştirak edir.



Bu həftə nüfuzlu "Human Rights Watch" təşkilatı illik hesabatını yaydı və orada Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə bağlı bir sıra tənqidi fikirlər əks edildi. Ancaq Azərbaycan rəsmiləri bu dəfə də hesabatı qərəzli sayaraq ona elə bir əhəmiyyət vermədiklərini bəyan etdilər.



Bu məsələyə münasibət bildirən Milli Məclisin insan hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova deyir ki, beynəlxalq təşkilatların Azərbaycanla bağlı hazırladıqları hesabatlarda bir qayda olaraq birtərəfliliyə yol verilir. Bu hesabatlar reallığın əksindən çox subyektiv düşüncələrin məhsuludur.



Müsavat partiyasının Divan üzvü İlham İsmayıl isə deyir ki, bu hesabatlara belə mənfi münasibət ölkə daxilində ictimai rəyə hörmətsizlikdən irəli gəlir. Onun fikrincə, nə qədər ki, hakimiyyətin demokratiyaya münasibəti dəyişməyib, elə belə də olacaq.



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG