Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:52

ABŞ minalarla mübarizə üçün beş it göndərir<p align=`left`><br><br>


Səs: Real audio
Gecə və səhər yollar buz bağlayacaq ABŞ Azərbaycana torpaq minalarıyla mübarizə üçün beş xüsusi təlim görmüş it göndərir. Məlumatı Birləşmiş Ştatlar Dövlət Departamenti yayıb. Bu itlər piyadalar və maşınlar əlehinə minaların torpaqdan çıxarılması üçün nəzərdə tutulmuş xüsusi maşına və robota kömək edəcək.



Dövlət Departamentinin məlumatında deyilir ki, 1999-cu ildən bəri ABŞ Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə 17 milyon dollar ayırıb.



Dəyəri 100,000 dollar olan beş minaaşkarlayan it isə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə - ANAMA-ya «Marshall Legacy» İnstitutu tərəfindən verilir.



Bundan əvvəl Birləşmiş Ştatlar Azərbaycana minalarla mübarizə üçün qiyməti 1.7 milyon dollar olan xüsusi maşın və dəyəri 70.000 dollar olan robot verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG