Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:46

Hökumətin uşaq hüquqları üzrə hesabatı dinlənilib


Səs: Real audio
Səhər tezdən Bakıda yaşayan və bu şəhərin qonağı olanların Şəhidlər Xiyabanına axını başladı «Yanvarın 19-da Cenevrədə BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinin 41-ci sessiyası çərçivəsində Azərbaycan hökumətinin «BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası» üzrə ikinci hesabatına baxılıb».



Xarici İşlər Nazirliyi Mətbuat Mərkəzinin yanvarın 21-də yaydığı məlumatda deyilir ki, nümayəndə heyətinin başçısı Xarici İşlər nazirinin müavini Xələf Xələfov iclas zamanı Azərbaycanda insan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsinin dövlətin əsas məqsədlərindən olduğunu bildirib.



Deyib ki, Azərbaycanda bütövlükdə insan hüquqları, xüsusilə də uşaq hüquqlarının təşviqi və qorunmasına yönəlmiş müvafiq tədbirlər həyata keçirilir, o cümlədən yeni proqramlar və qanunvericilik aktları qəbul edilir.



Cənab Xələfov problemlərin aradan qaldırılması üçün müvafiq işlərin aparılmasının davam etdirilməsinin vacibliyini də vurğulayıb.



Komitənin eksperti və sədri, Azərbaycan üzrə məruzəçi Yakob Eqbert Doek ölkədə uşaq hüquqlarının təşviqi ilə bağlı görülən səyləri yüksək qiymətləndirib.



Səfər çərçivəsində X.Xələfov İsveçrənin Federal Xarici İşlər Departamentinin Dövlət katibi M.Ambühl ilə görüşüb.



Görüşdə Azərbaycan-İsveçrə əlaqələrinin hazırkı vəziyyətinə və əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.



Tərəflər İsveçrə Xarici İşlər nazirinin Azərbaycana səfəri, Bern şəhərində 2006-cı ilin ilk rübündə Azərbaycan-İsveçrə Birgə İqtisadi Komissiyasının iclasının keçirilməsi və razılaşdırılmış «İki ölkənin XİN-ləri arasında miqrasiyaya dair Birgə Bəyanat», «İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş», «Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş» və «Texniki, maliyyə və humanitar əməkdaşlıq üzrə Saziş» layihələrinin yaxın gələcəkdə imzalanması məsələlərini müzakirə ediblər.



Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi, təhlükəsizlik, dövlət sərhədlərinin mühafizəsi və digər məsələlərə də toxunulub. Eyni zamanda, tərəflər iqtisadi-ticarət, kənd təsərrüfatı, turizm, ətraf mühit, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər. Həmçinin, iki ölkənin beynəlxalq və regional təşkilatlarda əməkdaşlıq imkanları nəzərdən keçirilib və birgə səylərin göstərilməsi müzakirə edilib.



Nazir müavini Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti C.Kellenberqer, Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru B.Makkinli, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa Regional Bürosunun direktorunun köməkçisi D.Lambo və BMT-nin İnsan Hüquqları üzrə Ali komissarının müavini xanım M.Vilyams ilə də bir araya gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG