Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:11

Xarici İşlər naziri Strasburqa gedib


Səs: Real audio
Səhər tezdən Bakıda yaşayan və bu şəhərin qonağı olanların Şəhidlər Xiyabanına axını başladı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Londonda ermənistanlı həmkarı Vardan Oskanyanla görüşdən sonra ikigünlük səfərlə Strasburqa gedib. Səfər zamanı nazir Avropa Şurasının baş katibi Terri Devis, Avropa Şurası Parlament Assambleyasının AŞPA prezidenti Rene van der Linden və digər rəsmilərlə görüşəcək.



Xarici İşlər Nazirliyi mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə "Azadlıq" radiosuna deyib ki, görüşlərdə Avropa Şurasıyla Azərbaycan arasında əməkdaşlıq, regional problemlər, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar müzakirə ediləcək.
XS
SM
MD
LG