Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:01

<i>«Ayna»</i>: «20 Yanvarın millət faciəsi»


Səs: Real audio
Görüşün dəqiq tarixi, yeri yaxında açıqlanacaq "Azərbaycan" qəzetində məhkəmə sisteminin müasirləşdirilməsi haqqında qanununun tətbiq edilməsi barədə prezidentin yanvarın 19-da imzaladığı fərman dərc olunub.



Fərmana əsasən, Bakı, Sumqayıt, Əli Bayramlı və Şəki şəhərlərində apellyasiya məhkəmələrinin yaradılması qərara alınıb. Həmçinin, Naxçıvan Muxtar Respublikasında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin yaradılması nəzərdə tutulur. Bunlardan başqa, 2 saylı Bakı, Sumqayıt və Şəki iqtisad məhkəmələrinin yaradılması barədə göstəriş verilib.



"Ayna" qəzetindəki "20 Yanvarın millət faciəsi" başlıqlı məqaləsində Müşfiq yazır ki, mexanikləşmiş bir tədbirlər silsiləsi ilə 20 Yanvarın ilahi mahiyyətini təhqir etməkdəyik. Müəllifə görə, 20 Yanvarda qaboyçalan Kamil Cəlilovun insana mənəvi təslimçilik aşılayan musiqisinin əvəzinə coşğu dolu əsərlər, marşlar səsləndirilməlidir. Müəllif belə bir sual verir: hər cürə şou xarakterli tədbirlərə gen-bol vəsait ayrılan Azərbaycanda nədən şəhidlərə həsr olunmuş səviyyəli və çoxseriyalı filmlər çəkilərək dünyada göstərilmir? Nədən dramaturqlar, şair və yazıçılar teatr səhnələrində bir-birinin ardınca səhnələşdiriləcək əsərlər yazmırlar? Nədən Şəhidlik Himni ilə bağlı müsabiqə keçirilmir?



"Azadlıq" qəzetində təhsil naziri Misir Mərdanovun qərarı ilə qovulduqları ali məktəblərə bərpa olunan "Yeni Fikir" Gənclər Təşkilatının üzvü Namiq Feyziyev və AXCP Gənclər Komitəsinin fəalı Turan Əliyevlə müsahibə dərc olunub. 22 günlük aclıq aksiyasından sonra Turan Əliyev sevincindən, Namiq Feyziyev isə anasının sözünü yerə salmamaqdan ötrü doyunca yemək yediklərini deyirlər. Tələbələr ali məktəb rəhbərlərinə müraciət edərək onları heç vaxt haqsızlığa rəvac verməməyə, heç kimi yersiz yerə incitməməyə, tələbələri siyasi baxışlarına görə təqib etməməyə çağırıblar.
XS
SM
MD
LG