Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:18

Prezidentlər fevralın əvvəlində Fransada görüşəcəklər<p align=`left`><br><br>


Səs: Real audio
Görüşün dəqiq tarixi, yeri yaxında açıqlanacaq Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün detalları yanvarın 19-da xarici işlər nazirlərinin London görüşündə müzakirə olunub.



Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın "Azadlıq" radiosunun erməni xidmətinə verdiyi məlumata görə, prezidentlər fevralın əvvəlində Fransada görüşəcəklər. Görüşün dəqiq tarixi, yeri yaxında açıqlanacaq. Fransa tərəfi hər iki ölkə prezidenti üçün dəvətnamələri artıq verib. Vardan Oskanyan "prezidentlərin görüşündən nə isə gözləməyə dəyərmi" sualına cavab verməyin çətin olduğunu, amma "danışıqlarda inkişafa ümid etdiklərini" deyib.



Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarıyla görüşü Rusiyanın Londondakı səfirliyində baş tutub. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak ediblər.



Vardan Oskanyan görüşü müsbət qiymətləndirib. O deyib ki, London görüşündə hansısa sənəd yox, "işçi kağız" nəzərdən keçirilib:



"Bu kağız razılaşma yox, Qarabağ münaqişəsinin həllinə dair danışıqlar üçün qayda kitabçası kimidir. Müzakirə olunan yarım səhifəlik mətndə münaqişənin həlli prinsipləri göstərilib".



Vardan Oskanyan bildirib ki, prezidentlərin fevral görüşünə qədər xarici işlər nazirlərinin görüşü olmayacaq.
XS
SM
MD
LG