Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:08

Qonağımız Vəfa Quluzadədir


Səs: Real audio
Prezident İlham Əliyev yanvarın 19-da növbəti əfv fərmanını imzalayıb Bu dəfəki qonağımız Azərbaycanın ziyalı ailələrindən birinin yetirməsi, alim Mirzəağa Quluzadə ilə yazıçı Yaqut Dilbazinin oğludur. O, həm də məşhur Azərbaycan şairəsi Mirvarid Dilbazinin bacısı oğludur. Amma sözsüz ki, Azərbaycanın ən tanınmış adamlarından birinə çevrilməsi əsasən şəxsi xidmətləri hesabınadır. Beləliklə, keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə



- Həyatınızda yazılası çoxlu şeylər var. Yazmaq haqda fikirləşirsinizmi, yoxsa yazırsınızmı?



- Gəlin, mən Sizə açıq deyim. Mənim çoxlu zəngin memuarlarım var, amma onların yarısı mənimlə getməlidir... Mənim üçün Heydər Əliyev diridir. Mən heç vaxt mənimlə onun arasında olan bir dənə sirri deyə bilmərəm. Bu mənim şərəf məsələmdir. Mən hesab edirəm ki, xalq ən yaxşı kitabdır. Amma memuara qalanda, yazıçılıq həvəsimi özümdə boğuram.... Heydər Əliyev də bütün bildiklərini və gördüklərinin hamısını yaza bilməzdi. Bir dəfə Amerika konqresmeni Heydər Əliyevlə nahar edirdi, biz üçümüz idik. Amerika konqresmeni soruşdu ki, cənab prezident, Sizin çox zəngin həyatınız olub, nəyə görə bir memuar diktə etmirsiniz və ya yazmırsınız? Heydər Əliyev də dedi ki, bilirsiniz, başım o qədər qarışıq, ölkənin problemləri o qədərdir ki, heç buna imkanım, vaxtım yoxdur. O, da başa düşdü ki, Heydər Əliyev bildiyini yazmaq istəməz. Dedi kı, Siz düz deyirsiniz, ən yaxşı kitab yazılmamış kitabdır...



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG