Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:19

Əfv fərmanı imzalandı


Səs: Real audio
Prezident İlham Əliyev yanvarın 19-da növbəti əfv fərmanını imzalayıb Həmin fərmanla azadlıqdan məhrum edilmiş 90 nəfər və azadlığı məhdudlaşdırılmış 5 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.



Hüquq müdafiəçisi Murad Sadəddinov prezidentin növbəti əfv fərmanını alqışlayır, ancaq bu fərmanın Azərbaycanda siyasi məhbus problemini tam həll etmədiyini deyir.



Əfv fərmanı az öncə verildiyindən, hüquq müdafiəçiləri onu təhlil etməkdə çətinlik çəkir, yalnız tam əfv siyahısını əldə edəndən sonra əlavə şərh verəcəklərini deyirlər.



Sonuncu əfv fərmanını ötən il iyunun 20-də imzalanıb. Həmin vaxt 100 nəfər əfv olunub. Hüquq müdafiəçiləri onlardan 30 nəfərin siyasi məhbus olduğunu bildirirdilər.



Son 5 ildə isə 5000-dən çox adam əfv edilib. 1995-ci ildən, yəni Əfv Komissiyası yaradılandan 40-a yaxın əfv fərmanı imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG