Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:56

Aclıq edən gənclər universitetlərə bərpa olundular


Səs: Real audio
Namiq Feyziyev və Turan Əliyev universitetə gedib-getməmək barədə hələ düşünəcəklərini deyirlər Oxuduqları universitetlərdən qovulmuş və buna etiraz olaraq 20 gündən çox aclıq aksiyası keçirmiş "Yeni Fikir" Gənclər Təşkilatının üzvü Namiq Feyziyev və AXCP Gənclər Komitəsinin fəalı Turan Əliyev həmin məktəblərə bərpa olunub. Namiq Feyziyev təhsil aldığı Pedaqoji Universitetə, Turan Əliyevsə Bakı Dövlət Universitetinin üçüncü kursuna bərpa olunub. Belə bir qərar yanvarın 19-da Təhsil naziri Misir Mərdanovla hüquq müdafiəçiləri və Bakıdakı diplomatik korpus nümayəndələri ilə iki saatdan çox davam edən görüşdə verilib.



Həm Namiq Feyziyev, həm də Turan Əliyev dördüncü kursda təhsil alırdılar. Onlar bərpa olunmaları barədə qərarı təqdir edir, ancaq universitetə gedib-getməmək barədə hələ düşünəcəklərini deyirlər.



Təhsil Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Bayram Hüseynzadə isə bildirir ki, həmin tələbələr üçün qanun çərçivəsində nə etmək mümkün idisə edilib.



Namiq Feyziyev və Turan Əliyev siyasi baxışlarına görə, ali məktəblərdən qovulduqlarını bildirsələr də, Təhsil naziri Misir Mərdanov bunu təkzib edirdi. Gənclər həm də müxalifətin siyasi aksiyalarında fəal iştirak edirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG