Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:20
Rubrikalar

Əhaliyə verilən qazın həcmi artırılıb


Səs: Real audio
Yerevan klubu Bakı komandası ilə qarşılaşmaqdan imtina etdi Rayonlardan isə təbii qazın zəifləməsi ilə bağlı şikayətlər gəlir



- Havalar kəskin soyuqlaşandan sonra ayrı-ayrı rayonlardan təbii qazın zəifləməsi ilə bağlı şikayətlər gəlsə də, «Azəriqaz» Səhmdar Cəmiyyəti deyir ki, əhaliyə verilən qazın həcmi artırılıb. İndi bütün ölkə üzrə əhaliyə sutkada 34 milyon kubmetr qaz verilir. Dekabr ayında isə əhaliyə sutkada 26-27 milyon kubmetr qaz ötürülürdü. «Azəriqaz»da deyirlər ki, indi mavi yanacaq sarıdan problem yoxdur, yeri gəlsə, bu həcmi artırmaq da mümkün olacaq.



- Dünya Bankının şəhər nəqliyyatı üzrə eksperti Riçard Podolski fevralın 2-dən 11-ə kimi Bakıda səfərdə olacaq.



Dünya Bankının Bakı ofisindən verilən məlumata görə, ekspert əsasən Bakı Dairəvi Yolunun tikintisi ilə maraqlanacaq və paytaxt daxilində nəqliyyatdakı problemləri, bir də tıxacların aradan qaldırılması yollarını müzakirə edəcək.



Azərbaycan hökuməti ötən ilin sonunda Bakı Dairəvi Yolunun tikintisi ilə bağlı Dünya Bankına müraciət etmişdi.



- «Azərenerji» Səhmdar Cəmiyyəti metal qırıntılarını «Baku Steel Company» şirkətinin istədiyi kimi ucuz qiymətə satmaq niyyətində deyil. «Azərenerji»nin mətbuat katibi Aqşin Kazımzadə deyir ki, onlar ancaq qarşılıqlı faydalı qiymətlə əməkdaşlıq etmək fikrindədirlər:



«Onlar bizdən aşağı qiymətə istəyirdilər, biz də bununla razılaşmırıq, indi danışıq lazımdır».



Ölkənin ən böyük armatur şirkəti – «Baku Steel Company» yanvarın 17-də dövlət müəssisələrinin ona metal qırıntıları satmamasını əsas gətirərək fəaliyyətinə fevralın 1-dək ara verib. 2 200 nəfər işçisi olan «Baku Steel Company»nin prezidenti Paolo Pərviz isə bildirib ki, məsələ Nazirlər Kabineti səviyyəsində müzakirə olunub və iki həftədən sonra zavodun işini bərpa etmək mümkün olacaq. Paolo Pərviz deyib ki, hökumət armaturun bahalaşmasını istəmirsə, xammalı ucuz satmalıdır.
XS
SM
MD
LG