Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:20

Səfər Əbiyev müharibənin yenidən başlaya biləcəyini deyir


Səs: Real audio
Yaxın günlərdə isə, ABŞ-dan olan ekspertlər müşahidə aparmaq üçün Azərbaycana gələcəklər «Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə tərəfdardır. Lakin Ermənistan destruktiv siyasət yeridərək işğalçılıq iddialarından əl çəkmir və əldə etdiyi qeyri-qanuni silah-sursatı işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirir». Yanvarın 19-da Müdafiə naziri Səfər Əbiyev ABŞ Avropa Komandanlığının komandan müavini, general Çarlz Uoldla görüşündə belə deyib.



Nazir bildirib ki, Ermənistan beynəlxalq hüquq normalarına riayət etməli və işğal etdiyi torpaqları qeyd-şərtsiz boşaltmalıdır. «Dünya ictimaiyyəti onu buna məcbur etməlidir. Əgər belə olmasa, bu, döyüş əməliyyatlarının yenidən başlanmasına gətirib çıxara bilər» -deyə, o, vurğulayıb.



Çarlz Uold isə bildirib ki, bu məsələnin diplomatik yolla həlli hər iki dövlətin xeyrinə olardı. ABŞ münaqişənin həlli istiqamətində səylərini artırır.



Yanvarın 19-da həmçinin prezident İlham Əliyev Çarlz Uoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.



Cənab Əliyev bildirib ki, bu səfər ikitərəfli hərbi əməkdaşlığa yardım edəcək.



Cənab Uold isə Azərbaycanda hərbi sahədə əldə edilmiş nailiyyətlərin nümayəndə heyətində böyük təəssürat yaratdığını bildirib. General Azərbaycanda keçirilmiş parlament seçkisi ilə bağlı prezident İlham Əliyevi təbrik edib.
XS
SM
MD
LG