Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:58

<i>«Yeni Azərbaycan»</i>: «AXCP və Müsavat ictimai-siyasi proseslərə maneədir»


Səs: Real audio
"Human Rights Watch" yeni hesabat yayıb «Yeni Azərbaycan» qəzetindəki «AXCP və Müsavat ictimai-siyasi proseslərə maneədir» başlıqlı məqalədə bildirilir ki, onların Mərkəzi Seçki Komissiyaya (MSK) nümayəndə göndərməkdə tərəddüd etmələri digər partiyalar tərəfindən mənfi qarşılanır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyir ki, AXCP və Müsavat öz ənənəvi mövqelərindən əl çəkmir. Onun sözlərinə görə, bu partiyalar daim ictimai-siyasi proseslərə maneə törətməyə çalışıblar. Lakin Q.Həsənquliyevin fikrincə, həmin partiyaların hansı mövqe tutmasından asılı olmayaraq MSK formalaşdırıla bilər. Çünki qanunvericilik buna tam imkan verir. Vətəndaş Həmrəyliyi Partiyasında da MSK-nın formalaşdırılması üçün problemin olmadığı bildirilir.



«Bakı-Xəbər» qəzetində Razi yazır ki, İran vətəndaşı Seyid Kazım Xamuşinin 12 milyonluq iddiası əsasında İqtisad Məhkəməsinin qərarı ilə «AMAY» ticarət firmasının bir neçə böyük obyektinə həbs qoyulub. Müəllif adını açıqlamadığı mənbəyə istinadən bildirir ki, bu iddianı irəli sürən Xamuşi tək deyil, bu işdə çox iri bir məmur ona dəstək verir. Həmin məmur Azərbaycan şirkətindən qoparılan milyonlarla dolları onunla bölüşdürmək fikrindədir. Mənbə hesab edir ki, İran vətəndaşının 12 milyon dollar məsələsində iri bir məmurla iş birliyi qurması «AMAY» sahibinin qələbə şanslarını əhəmiyyətli dərəcədə azaldır. Mənbə həmin məmurun dövlət başçısına hər zaman əlinin çatdığını iddia edir.



«Üç nöqtə» qəzetindəki «Baku Steel Company» fevralın 1-də fəaliyyətini bərpa edəcək» sərlövhəli məqalədə şirkətin prezidenti Paulo Pərvizə istinadən bildirilir ki, müəssisənin istehsalı iki həftəlik dayandırması təzyiqlərlə bağlı deyil. Cənab Pərvizin sözlərinə görə, fasilə dövründə şirkətə 1 milyon dollara yaxın ziyan dəyəcək. Lakin şirkət fəaliyyətini bərpa etdikdən sonra bu ziyan aradan qaldırılacaq. Görülən bu tədbirlər işçilərin maaşlarına təsir etməyəcək. Pərviz bildirib ki, müəssisədə işin müvəqqəti dayandırılmasının heç bir siyasi proseslə bağlılığı yoxdur.
XS
SM
MD
LG