Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:05
Rubrikalar

Bakı-Şamaxı yolu yenidən qurulacaq


Səs: Real audio
Müxaliflər bununla parlamentə proporsional seçki sistemini bərpa etmək istəyirlər - Bakı-Şamaxı yolu yenidən qurulacaq. Yol Dünya Bankının Azərbaycanda yolların təmirinə ayırdığı 200 milyon ABŞ dolları məbləğində kredit hesabına düzəldiləcək. Bu vəsait hesabına həm də Ələt-Astara-İran sərhədi magistral yolunun bəzi hissələri yaxşılaşdırılacaq. Bu da imkan verəcək ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində nəqliyyat xərcləri azalsın, yollar daha təhlükəsiz olsun.



Məlumatı Dünya Bankının Bakıdakı nümayəndəliyi yayıb. Bildirilir ki, Azərbaycandakı yolların təxminən 56 faizi pis vəziyyətdədir və təcili təmirə ehtiyacı var.



- Fəzadan peyk vasitəsilə Gəncənin şəkli çəkilib və hazırda xəritəsi hazırlanır. Həmin xəritəyə əsasən də şəhərdə yoxsulluğun azaldılması, torpaqlardan düzgün istifadə edilməsi strategiyası hazırlanacaq. Bu barədə məlumat verən Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Metyü Vestfol deyir ki, Gəncə, Mingəçevir və Şəkinin sosial-iqtisadi inkişafı üçün qarşıdakı 18 ay müddətində 30 milyon dollar vəsait ayrılacaq. Gəncədə bu Bankın maliyyələşdirdiyi «Şəhərlər alyansı» adlı layihənin ictimai müzakirəsində iştirak edən cənab Vestfol bildirir ki, təşəbbüs Cənubi Qafqaz və Asiya regionunda ilk dəfə Azərbaycanda reallaşdırılır. Layihə şəhərin sosial-iqtisadi inkişafını nəzərdə tutur. Onun sözlərinə görə, Asiya İnkişaf Bankı hazırda dünyanın 49 şəhərində bu cür layihə həyata keçirir.



Metyü Vestfol əlavə edir ki, Asiya İnkişaf Bankı Azərbaycanın beş şəhərində məskunlaşmış məcburi köçkünlərin sosial problemlərinin həllinə də 10 milyon dollar vəsait ayırmaq qərarındadır. O, həmin vəsait hesabına kiçik biznesin inkişafı üçün məcburi köçkünlərə kredit veriləcəyini, vəsaitin bir hissəsinin isə onların digər sosial problemlərinin həllinə yönəldiləcəyini söyləyir. Metyü Vestfolun sözlərinə görə, bu layihə üçün ayrılacaq vəsait güzəştli kredit şəklindədir və illik faiz dərəcəsi 1,5 faiz olacaq.



Cənab Vestfolun verdiyi başqa bir məlumata görə, yaxınlarda bankın maliyyə dəstəyilə Yevlax-Gəncə və Qazax-Gürcüstan yolu təmir ediləcək, Bunun üçün Asiya İnkişaf Bankı 52 milyon dollar vəsait ayrılıb.
XS
SM
MD
LG