Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:24

Şimal bölgəsinə verilən qazın həcminin artırılacağı gözlənilir


Səs: Real audio
Müxaliflər bununla parlamentə proporsional seçki sistemini bərpa etmək istəyirlər Yanvarın 18-dən etibarən Azərbaycanın şimal bölgəsinə verilən təbii qazın həcminin artırılacağı gözlənilir. Məlumatı «Azadlıq» radiosuna Xaçmaz Rayon Qaz İstismarı və Satışı İdarəsinin rəisi Kamran Zülfüqarov verdi. O, bildirir ki, hava şəraitinin kəskin dəyişməsi ilə bağlı əhalinin təbii qaza olan tələbatı da artıb. Odur ki, qazın həcminin artırılması üçün «Azəriqaz» Səhmdar Cəmiyyətinə müraciət olunub.



Yanvarın 17-dən başlayaraq şimal bölgəsində havanın temperaturu kəskin şəkildə aşağı düşüb. Quba, Qusar və Xaçmaz rayonlarında qarlı-şaxtalı hava şəraiti hökm sürür. Dağlıq yaşayış məntəqələrində isə hava daha soyuqdur.Yerli icra orqanları əhalinin yanacağa olan tələbatını ödəməyə çalışsalar da, problemlər də mövcuddur. Bəzi kəndlərə elektrik enerjisi fasilələrlə verilir, axşam saat 11-dən sonra isə təbii qazın həcmi azaldılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG