Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:26

Müxalifət referendum təklif edir


Səs: Real audio
Müxaliflər bununla parlamentə proporsional seçki sistemini bərpa etmək istəyirlər Azərbaycan müxalifəti təklif edir ki, yeni referendum keçirilsin və parlamentə proporsional - yəni partiya siyahıları üzrə seçki sistemi bərpa olunsun. Bundan sonra isə, yeni parlament seçkisi təyin olunsun. Bu məsələ AXCP, ADP və Müsavat partiyalarının yanvarın 18-də keçirilən toplantısında müzakirə olunub. ADP sədrinin müavini Sərdar Cəlaloğlu təklifi 6 noyabr parlament seçkisindən sonra ölkədə yaranmış siyasi və sosial böhranla izah edir.



Cənab Cəlaloğlu deyir ki, referendum üçün 2000 nəfərdən ibarət Təşəbbüs Qrupu yaradılmalı, Mərkəzi Seçki Komissiyasından imza vərəqələri götürülməli, 300.000 imza toplanıb ya prezidentə, ya da Milli Məclisə təqdim olunmalıdır.



Hakim Yeni Azərbaycan Partiyasından millət vəkili Aydın Mirzəzadə isə, müxalifətin referendum təklifini uduzmuş tərəfin özünüreabilitasiya cəhdi adlandıdır: «Əgər müxalifət ötən seçkidə parlamentdə 20-dək yer qazanıbsa, deməli, onun gücü bu qədərdir».



2002-ci il avqustun 24-də referendum keçirilərək Azərbaycan Konstitusiyasına dəyişiklik edilib, parlamentə majoritar, yəni vətəndaşların seçkidə partiya siyahıları ilə deyil, fərdi qaydada iştirakını nəzərdə tutan sistemə keçilib.
XS
SM
MD
LG