Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:16

Soyuq hava bir sıra problemlər yaradıb<p align=`left`><br><br>


Səs: Real audio
Dövlət Yol Polisi avtomobil sahiblərinə nasaz maşınlarda yola çıxmamağı, nəqliyatdan mümkün qədər az istifadə etməyi tövsiyə edir Yanvarın 18-dən havaların kəskin soyuması və qar yağması şəhərin bəzi yerlərində qaz-işıq problemi yaradıb. «Azəriqaz» Səhmdar Cəmiyyətinin əməkdaşı Kamandar Eyvazlı deyir ki, hələlik qaz əvvəlki həcmdə verilir. Ehtiyac olarsa, artırılacaq.



«Barmek - Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyət isə, əhaliyə elektrik xətlərini çox yükləməməyi məsləhət görüb.



Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) verilən məlumata görə isə, havanın soyuması ilə paytaxtın kommunal təsərrüfatı gücləndirilmiş iş rejiminə keçib. BŞİH müəssisə və təşkilat rəhbərlərinə müraciət edərək, yollarda əhalinin normal hərəkətinə şərait yaratmağa çağırıb.



Dövlət Yol Polisi isə, avtomobil sahiblərinə nasaz maşınlarda yola çıxmamağı, nəqliyatdan mümkün qədər az istifadə etməyi tövsiyə edib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hava Proqnozları Departamentinin məlumatına görə, yanvarın 19-da da ölkə ərazisində qar yağacaq, şaxtalı hava davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG