Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:20

Gənclər aclıq aksiyasını müvəqqəti dayandırdılar


Səs: Real audio
«Yeni Fikir» Gənclər Təşkilatının sədr müavini Səid Nurinin sözlərinə görə, əgər Namiq Feyziyevlə Turan Əliyev universitetlərə bərpa olunmasalar, gənclər təşkilatarı bu dəfə kütləvi aclıq aksiyasına başlayacaqlar «Yeni Fikir» Gənclər Təşkilatının üzvü Namiq Feyziyev və AXCP Gənclər Komitəsinin fəalı Turan Əliyevin qovulduqları ali məktəblərə bərpa edilməsi tələbi ilə keçirilən aclıq aksiyası yanvarın 18-də müvəqqəti olaraq dayandırılıb.



«Yeni Fikir» Gənclər Təşkilatının sədr müavini Səid Nurinin verdiyi məlumata görə, aksiya Təhsil naziri Misir Mərdanovla Gənclər, İdman və Turizm Nazirliyinin bəyanatlarına cavab olaraq dayandırılıb: «Misir Mərdanov televiziya vasitəsilə dedi ki, aclıq aksiyası dayandırılsa, bu məsələdə bizə yardım edəcək. Gənclər, İdman və Turizm Nazirliyi də bəyanat verərək bildirdi ki, siyasi baxışlarına görə heç kimin təhsil hüququ pozula bilməz».



Cənab Nurinin sözlərinə görə, aclıq aksiyası bir həftə müddətinə dayandırılıb. O, bildirir ki, əgər Namiq Feyziyevlə Turan Əliyev universitetlərə bərpa olunmasalar, gənclər təşkilatarı bu dəfə kütləvi aclıq aksiyasına başlayacaqlar.



Təhsil naziri Misir Mərdanov məsələylə bağlı tələbələrə yardım edəcəyini vəd edib. Nazirlikdən verilən məlumata görə, yanvarın 19-da bu məsələylə bağlı cənab Mərdanovun beynəlxalq təşkilatların nümayəndələri ilə görüşü keçiriləcək.



Namiq Feyziyev, Turan Əliyev və Emin Hüseynov aclıq aksiyasına dekabrın 28-dən başlamışdılar. Yanvarın 15-də onlara Elnur Məmmədov da qoşulmuşdu. 20 gündən çox davam edən aksiyada gənclərin səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilmişdilər. Onların biri xəstəxanadan çıxıb, digərlərinin müalicəsi isə davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG