Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:38

ABŞ generalı Çarlz Uold Azərbaycana gəlib


Səs: Real audio
Yanvarın 17-də Tovuzun bir qrup sakini qaz və işıqla bağlı etiraz aksiyası keçirib Amerika Silahlı Qüvvələrinin Avropa Komandanlığının Baş Qərargahının komandan müavini, general Çarlz “Çak” Uold iki günlük səfərlə Azərbaycana gəlib. Amerika səfirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Çarlz Uold Bakıda hərbi əməkdaşlıq, bölgədəki təhlükəsizlik maraqlarını müzakirə edəcək. Onun Müdafiə naziri Səfər Əbiyevlə görüşü nəzərdə tutulur.



Bir müddət əvvəl Amerikanın Azərbaycanda daha iki radiolokasiya stansiyasının modernləşməsinə kömək edəcəyi barədə məlumatlar yayılsa da, Azərbaycanın Müdafiə Nazirliyi belə bir informasiyaya malik olmadığını bildirir. Nazirliyin Mətbuat Xidməti Azərbaycanda Amerika qüvvələrinin yerləşdirilməsi məsələsinin də general Çarlz Uoldun keçirəcəyi görüşlərdə müzakirəsinin mümkünlüyü barədə konkret heç nə demir.



Çarlz Uold yanvarın 18-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin - ANAMA-nın qərargahına baş çəkib, agentliyin direktoru Nazim İsmayılovla görüşüb. Görüşdə ABŞ-ın ANAMA-ya və Azərbaycanda minalardan təmizləmə layihələrinə dəstəyi müzakirə edilib.



General Çarlz Uold Avropa, Afrika, Rusiya, eləcə də Asiya və Yaxın Şərqin bir hissəsi də daxil olmaqla, 91 ölkədə ABŞ qüvvələrinə görə məsuliyyət daşıyır. O, 2002-ci ilin dekabrından hazırkı vəzifəni icra edir.
XS
SM
MD
LG